Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-08 09:00:00
Tanınmış alimdən müraciət: “Bu dərsliyə inanmayın”-FOTO

“Bu dərslik dövrü üçün çox dəyərli idi. İndi də dəyərlidir, amma sadəcə bir müəllim, pedaqoq üçün. Lakin bunu şagirdə almağı tapşıran müəllim dövlətə və zamana hörmətsizlik, hətta müəllim andına xəyanət edir”.

AzEdu.az xəbər verir ki, bu sözləri alim Şəmil Sadiq sosial şəbəkədə bir kitab haqqında yazdığı statusda bildirib. Söhbət illər əvvəl çap olunan V sinif Azərbaycan dili dərsliyindən gedir. O bildirib ki, öncə bir dostu alimdən  bu kitabı hardan tapa biləcəyini soruşub. Bu, onu düşünməyə vadar edib:

“Əvvəl düşündüm ki, nəsə tədqiqat işi falan aparır. Sən demə, məktəbdə müəllim uşaqlardan bunu tapıb almasını istəyib. Əvvəla, onu deyim ki, həqiqətən də, bu dərslik dövrü üçün çox dəyərli idi. İndi də dəyərlidir, amma sadəcə bir müəllim, pedaqoq üçün. Lakin bunu şagirdə almağı tapşıran müəllim dövlətə və zamana hörmətsizlik, hətta müəllim andına xəyanət edir. Çünki...

  1. Bu gün dövlət tərəfindən milyonlarla vəsait ayrılıb kitab çap edilib və şagirdlərə pulsuz verilib,
  2. Bu gün nəzəriyyə əsaslı yanaşmalara son deyilib, milyonlarla vəsait ayrılıb, müəllimlər təlimlərə cəlb edilib,
  3. Valideynlərin məlumatsızlığından istifadə edib savadsızcasına onları artıq yüklə yükləyir,
  4. Bu kitab 10-15 il bundan qabaq nəşrdən çıxarılıb və dərsilk kimi tövsiyə edilmir,
  5. Bu günün müəllimini yeniliyə və sabaha ümidi olmayan müəllim səviyyəsinə endirir...

Valideynin yerinə olsam, məsələni qabardar, rəhbərliyə etirazımı bildirər və müəllimi dövlətin zəhmətinə sayğısızlıqda günahlandıraram....”

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları