Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-07 20:39:00
Alimlər qan damarlarının bərpasına kömək edən  hüceyrə kəşf etdi

İtaliyalı bioloq Alessandro Fantin London Universitet Kollecindən olan həmkarları ilə birlikdə qan damarlarının bərpasına kömək edə biləcək yeni hüceyrələr kəşf ediblər. AzEdu.az xəbər verir ki, onların bu kəşfinə dair araşdırmaları Britaniyanın "Nature" jurnalında dərc olunub.

Məlumata görə, tədqiqat prosesində siçan embrionlarının kök hüceyrələrindən istifadə edilib və uğurlu alınıb. Hüceyrələri insanlarda tətbiq etmək mümkün olarsa, regenerativ tibbdə bu kəşf ürək-damar xəstəliklərinin müalicəsində istifadə edilə bilər.

 

Aparılan 11 illik tədqiqatlar qanda dövr edən kök hüceyrələrinin “endotelial” hüceyrələrə çevrilə biləcəyini üzə çıxarıb ki, bu hüceyrələr də qan damarlarını formalaşdıran mühüm hissəciklərdir.