XƏBƏRLƏR

07.10.2018 12:40
Müəllimlərin “Namazov və Məcidovanın testlərin alın” tapşırığında qazanan kim, itirən kim....    

Yeni tədris ilə başlar-başlamaz özü ilə qayğıları da gətirdi. Xüsusilə orta məktəblərdə dərs vəsaitlərindəki çalışma və tapşırıq azlığı bəhanə gətirilərək, şagirdlərdən tələb edilən testlər, iş dəftərlərinə xərclənən əlavə pul ailə büdcəsinə ciddi şəkildə təsir edir. Ümumlikdə valideynlər əlavə vəsaitlərdəki tapşırıqların, testlərin övladlarına faydalı olmasına şübhə etmir, məsələ bu qədər əlavə vəsaitin uşaq beynin necə qəbul etməsindədir. Həm də müəllimlərin israrla müəllifi riyaziyyatdan Mübariz .Namazaov, azərbaycan dilindən Aygün Məcidova olan əlavə dərs vəsaitlərinin alınmasını məsləhət görür. Əgər doğrudan da bu müəlliflərin hazırladılqarı kitablar bu qədər maraqlıdırsa, niyə Təhsil Nazirliyi onları dərsliklərin hazırlanmasına cəlb etmir?

Təsəvvür edin, əgər iki şagird oxudursunuzsa, hər fəndən ən azı 2-3 əlavə kitab almalısınız. Qiymətlər isə sinifdən və kitabın həcmindən asılı olaraq, 3 manat 50 qəpikdən 7 manat 50 qəpik arasında dəyişir.

Bu barədə Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, ölkə prezidenti İlham Əliyevin 2004-cü ildə imzalaığı sərəncama əsasən orta məktəblərdə şagirdlər tərəfindən istifadə olunan bütün dərs vəsaitləri dövlət tərəfindən pulsuz olaraq verilir:

“Həmin dərs vəsaitində şagirdin keçdiyi mövzunu mənimsəməsi üçün bütün suallar və tapşırıqlar var. Dünya təcrübəsində də iş dəftəri kimi əlava vəsaitlər arzuolunan deyil. Çünki, bu, şagirdlərin əlavə yüklənməsinə səbəb olur. Ümumilikdə isə, hesab edirəm ki, iş dəftərlərinin məcburi tələb olunması, sadəcə olaraq, kimlərinsə şəxsi maraqlarına xidmət edir. 2010-cu ilə qədər iş dəftərlərinin istifadəsi bu qədər geniş hal almamışdı. Həmin zamanla müqayisə etsək, şagirdlərin bilik və bacarıqlarında elə bir fərqin olmadığını görərik”.

 

 

“1 iş dəftərinin çap xərci 1 manatdan yüksək deyil”

 

Ekspert də iş dəftərlərinin qiymətinin baha olduğu qənaətindədir:

“Apardığımız araşdırmalar göstərir ki, məktəblilər üçün nəzərdə tutulan iş dəftərlərinin qiyməti olduqca bahadır. Düşünürəm ki, qiymətlərin yüksək olmasının başlıca səbəbi marketinq xərclərinin düzgün hesablanmamasıdır. Bir iş dəftərinin maksimum qiyməti 1 manatı keçə bilməz. Çünki çap xərcləri buna imkan yaradır. Qiymətdən əlavə, testlər, iş dəftərləri uşaqların çantalarının ağırlaşmasına səbəb olur. Təsəvvür edin ki, bir şagird azı 6 fənn keçirsə, hər fənnin ayrıca iş, test və qiymətləndirmə dəftəri varsa, bu, çantanın xeyli ağırlaşması deməkdir”. 

 

“İş dəftərlərindən imtina etmək lazımdır”

 

K.Əsədov hesab edir ki, iş dəftərlərindən imtina etmək lazımdır:

“Çünki bunların heç birinin təhsilin müsbət yöndə inkişafına təsiri yoxdur. Adicə olaraq, kurikulumun başlıca tələbi ondan ibarətdir ki, şagirddə nitq mədəniyyəti, danışıq qabiliyyəti yüksək səviyyədə olsun. Sadaladığımız bu ləvazimatlar isə, uşaqları bu bacarıqlardan məhrum edir. Təhsil Xidmətləri Araşdırma Mərkəzi olaraq, paytaxt Bakıda kitab, məktəb ləvazimatları satışı həyata keçirilən yerlərdə apardığımız monitorinqlər zamanı ortaya çıxan qiymətlər keçən illər müqayisədə artıb.

Hazırda ibtidai sinif şagirdləri üçün tələb olunan bəzi iş dəftərləri və testlərin qiymətləri isə belədir:

1-ci sinif üçün sinifdən xaric oxu - 3,50 AZN;

2-ci sinif üçün yarpaq test - 3,50 AZN;

4-cü sinif üçün qiymətləndirmə - 4 AZN;

4-cü sinif üçün Azərbaycan dili və riyaziyyatdan iş dəftəri - 5,50 AZN;

4-cü sinif testləri - 2,80 AZN;

5-ci sinif riyaziyyadan çalışmalar 6 manat 50 qəpik;

5-ci sinif Dövlət İmtahan Mərkəzinin testləri 6 manat və s.

İş dəftərlərinin sayının çox olması təkcə ailə büdcəsinə ağırlıq etmir, qeyd etdiyim kimi . gündə ən azı 5-6 fənn keçən şagirdlər də məktəbə gedib - gələn zaman bu ağırlığı qaldırmq məcburiyyətində olurlar. Müşahidələrimiz əsanasında onu deyə bilərik ki, çox ağır olduğu üçün, əksər hallarda valideynlər övladlarının çantalarını özləri daşımalı olur. Orta məktəbdə şagirdi oxuyan valideynlə apardığımız mənzərə də bunu göstərdi.

4-cü sinfin iş dəftərlərinin birinin qiyməti 5 manat 50 qəpikdir. Azərbaycan dili və riyaziyyat fənninə 3 əlavə vəsait tələb olunur: yarpaq test, iş dəftəri və qiymətləndirmə. Hətta musiqi və təsviri incəsənət üçün belə iş dəftəri tələb olunur. Hesab edirəm ki, müəllimlər iş dəftərlərini aldırmamalı, kitablarda olan tapşırıqlar ilə şagirdlərə mövzunu mənimsədməlidirlər”.

Qeyd edək ki, “Namazov” kimi tanınan riyaziyyatçı Mübariz Namazov Bakının Texniki-Humanitar Liseyində dərs deyir.Riyaziyyatdan çalışma kitabını yazan Mübariz Namazovun 60-dan çox vəsaitin müəllifidir. Mətbuatda gedən məlumatlara görə, o, dərslik yazmaq təklifindən hər dəfə imtina edib:

“Dərslik üçün çox tələblər qoyulur. Çalışma belədir ki, yazırsan, birinin xoşuna gələcək, birinin gəlməyəcək. Sovet dövründəki kimi əlavə çalıışmalar vardı, mən də bu yolu davam elətdirirəm”.