XƏBƏRLƏR

06.10.2018 12:11
Bəzi məktəblər yeməkxana menyusunu evə göndərir-sağlamlıq tövsiyələri

Aşağıdakı sağlamlıq və təhlükəsizlik tövsiyələri Amerika Pediatr Akademiyasına aiddir.

AzEdu.az yazını təqdim edir:

İlk Günü Asanlaşdırmaq

Valideynlər, kömək istəmək üçün ilk məktəb gününün bitməsini gözləmək məcburiyyətində olmadıqlarını xatırlamalıdırlar. Məktəblər, uşaqların xüsusi ehtiyacları, o cümlədən valideynlərin, ya da uşaqların hər hansı bir narahatçılıqları ilə məşğul olmaq üçün yay ərzində (ya da müəyyən aylarda) açıq olur.  Kömək almaq üçün ən yaxşı vaxt, məktəbin açılmasından bir-iki həftə əvvəl hesab olunur..

Məktəb, sinif, ya da müəllim dəyişikliyi kimi yeni vəziyyətlər, çox uşağın gərginləşməsinə səbəb olur. Bu, hər hansı bir yaşda meydana gələ bilər. Əgər uşağınız gərgin görünürsə, daxil olacağı yeni vəziyyəti məşq etmək işə yaraya bilər. Məktəbin ilk günündən əvvəl, uşağınızı yeni məktəbinə, ya da sinfinə aparın. Onlara, məktəbin ilk günü üçün narahat olan bir çox şagird olduğunu xatırladın. Müəllimlər şagirdlərin gərgin olacağını bilir, hər kəsin mümkün qədər rahat olması üçün xüsusi səy sərf edirlər. Uşağınız narahat görünürsə, nədən ehtiyatlandıqlarını soruşun və bu vəziyyəti düzəltmək üçün problemi həll etmələrinə kömək edin.

Sinifdəki ilk günləri ilə bağlı müsbət gözləntilər yaratmaq üçün məktəbə başlamağın yaxşı cəhətlərinə diqqət yetirin. Köhnə dostlarını görəcək, yeni dostları ilə tanış olacaqlar. Keçmiş məktəb həyatlarında ya da dost qrupları ilə yaşadıqları müsbət təcrübələrdən bəhs edin.

Məhəllənizdə, qızınızla birlikdə məktəbə gedəcək, ya da məktəb servisinə minəcək başqa bir uşaq tapın.

Gedəcəyi məktəb uşağınız üçün yenidirsə, əvvəlcə məktəbi gəzin. Məktəbin açılmasından bir neçə gün əvvəl uşağınızı məktəbə aparın. Bağçada oynamasını təmin edin ki, yeni mühitinə qısa müddətdə alışsın.

Əgər lazım bilirsinizsə, uşağınızı ilk gün məktəbə siz aparın və məktəbdən siz  götürün. Baş verə biləcək lazımsız stressdən xilas olmaq üçün ilk gün məktəbə  tez gedin.

Günün əvvəlində və ya sonunda uşağınızın müəllimi ilə mütləq təmas qurun ki, uşağınıza məktəb prosesində nə qədər yardımçı olmaq istədiyinizi bilsin.

Uşağınızın yeni yuxu nizamına, məktəb açılmazdan bir həftə əvvəl başlayın. Beləliklə məktəbin ilk günləri çətinlik çəkməz.

Bel Çantası Təhlükəsizliyi

Geniş, yastıqlı çiyin asqıları və yastıqlı arxası olan çanta seçin.

Çantanı çox doldurmayın, yüngül olsun. Çantanı içindəki bütün hissələri istifadə edəcək şəkildə nizamlayın. Ağır əşyaları bel mərkəzinə ən yaxın qoyun. Çanta, uşağınızın çəkisinin yüzdə 10-u ilə yüzdə 20-sindən daha ağır olmamalıdır. Hər həftə uşağınız ilə birlikdə çantaya göz atın və çantanı yüngülləşdirmək üçün lazımsız əşyaları çıxarın.

Çantasının hər iki çiyin qayışını hər zaman taxması lazım olduğunu uşağınıza xatırladın. Çantanı tək çiyində daşımaq əzələləri zədələyə bilər.

Çantanın ən aşağı tərəfini uşağınızın belinə gələcək şəkildə nizamlayın.

Əgər məktəb imkan verirsə, diyircəkli çanta almağa üstünlük verin. Bu cür bel çantası, ağır yük daşımaq məcburiyyətində olan məktəblilər üçün yaxşı seçim ola bilər. Unutmayın, diyircəkli çantaların pilləkən çıxanda yenə də daşınması lazımdır, qarda çətin hərəkət edir və bəzi şkaflara yerləşməmək ehtimalı var. Bel çantası təhlükəsizliyi məsələsini uşağınız ilə birlikdə nəzərdən keçirin.

Məktəbə Gediş-Gəliş

Əsas qaydaları uşağınız ilə birlikdə nəzərdən keçirin və hər hansı yeni avtobus və ya nəqliyyat metodunu əvvəlcədən sınayın.

Servis Xidməti

Uşağınıza, servisə yaxınlaşmadan əvvəl avtobusun dayanmağını gözləməsinin lazım olduğunu xatırladın.

Uşağınızın servis sürücüsünü görə biləcəyi bir yerdə dayandığından əmin olun (əlbəttə, bu, sürücünün də uşağınızı görə biləcəyi mənasına gəlir).

Uşağınıza qarşıdan-qarşıya keçərkən iki istiqamətə də baxması lazım olduğunu xatırladın.

Uşağınız servisin içində gəzməməlidir.

Uşağınızın servisində kreslolarda təhlükəsizlik kəməri mövcud olsa, uşağınızın bu kəməri hərəkət halı boyunca taxdığından əmin olun (Servisdə təhlükəsizlik kəməri yoxdursa, məktəbi kəmərləri olan servislər satın alması və ya icarəyə götürməsi üçün təşviq edin).

Uşağınızın servisdə fövqəladə vəziyyət yarada biləcək xroniki narahatlığı varsa, ilk gündən təcili vəziyyət planı yaratmaq üçün məktəbin səhiyyə personalı ilə əməkdaşlıq edin.

 

Məktəbə Gəzərək Getmək

Uşaqlar adətən 9- 11 yaşdan etibarən məktəbə getməyə hazırdır.

Məhəllənizdə, uşağınızın məktəbə birlikdə gedə biləcəyi uşaqları müəyyən edin. Yol hərəkətinin daha intensiv olduğu məhəllələrdə, “yeriyən məktəb servisi” yaradıla bilər. Bu üsulda bir qrup uşaq məktəbə bir yetkin şəxs ilə birlikdə addımlayır.

Uşağınızın piyada bacarıqları mövzusunda realist olun. Çünki, kiçik uşaqlar düşünmədən hərəkət edə bilər və nəqliyyatda daha az diqqətlidir. Uşağınızın yetkin şəxs nəzarəti olmadan məktəbə gedib-getməyəcəyini diqqətlə düşünün. Əgər evə qayıdış yolu uşağınızın getməyə hazır olmadığı daha işlək prospektlərdən keçirsə, yetkin bir şəxsin, ya da qardaş, bacısının ona müşayiət etməsini təmin edin.

Uşaqlarınız yeni məktəbə gedirsə, avtobusu anladıqlarından və inamla  gedə biləcəyindən əmin olana qədər onlarla siz gedin, ya da başqa bir böyüyün müşayiət etməsini təmin edin.

Parlaq rəngli geyimlər və qol lenti kimi görünüşü artıran əşyalar uşağınızı sürücülərə daha görünən edəcəkdir.

Məktəb Günü Yemək Yemək

Araşdırmalar sağlıqlı nahar edən uşaqların daha səmərəli olduğunu göstərir. Məktəbdə daha uğurlu olurlar, daha çox müvazinətə və enerjiyə malik olurlar. Bəzi məktəblər uşaqları yemək ilə təmin edir ancaq, sizin məktəbinizdə belə bir təcrübə yoxdursa, uşağınızın zülal ehtiva edən səhər yeməyi yediyindən əmin olun.

Bəzi məktəblər, yeməkxana menyusunu mütəmadi olaraq evlərə göndərir, ya da sayt üzərindən yayımlayır. Bu məlumatdan yola çıxaraq, uşağınız sevmədiyi yeməklərin verildiyi gün evdən yemək apara bilər.

Aclıq, uşaqların sinifdəki davranışlarına təsir göstərir.(bagcam.az)