Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-05 10:29:00
“Müəyyən  çətinliklər var ki,  onları da aradan qaldırmağa çalışırıq”- Cəlilabadın “MİQ müəllimləri”

Oktyabrın 4 –də Təhsil Nazirliyi vasitəsilə Cəlilabad və Masallı rayonlarına mediatur təşkil olunub.

Mediaturun məqsədi Beynəlxalq Müəllimlər Günü münasibətilə yüksək balla cari ildə işə qəbul olunan müəllimlərlə görüşmək, həmçinin, yeni inşa edilən modul tipli məktəblə tanışlıq olub.

Bu tədris ilində 4 müəllim MİQ imtahanında iştirak edərək vakansiya kimi Cəlilabadın Fərzili kən ümumi orta məktəbini seçib.

AzEdu.azmediatur zamanı həmin müəllimlərlə tanış oaraq, onların fikirlərini öyrənib:

Xanım Zeynalova ( Fizika müəllimi):“Yeni məktəb açıldığına görə, bu kəndi seçdim”

“Salyan rayonunda anada olmuşam. Bu il MİQ imtahanında iştirak edib, vakant yer kimi Cəlilabad rayonu Fərzili kəndini seçmişəm. 39 bal toplayaraq Fizika müəllimi kimi hazırda bu məktəbdə işləyirəm. 

Buranı həm yeni məktəb açıldığına görə, həm də başqa rayon şagirdləri ilə tanış olub, onlarla işləmək, həm də özümü inkişaf etdirib, daha çox bal toplamaq üçün  seçdim. Artıq dərslərə başlamışıq. Dərs keyfiyyəti yaxşıdır və daha da yaxşı olacaq”.

Elnur İbadov: ( Fiziki tərbiyə müəllimi): “Əlimizdən nə gəlirsə, edirik”

“Bu il MİQ imtahanında iştirak edərək, 43 bal toplayıb Fərzili kəndini seçmişəm. Fiziki tərbiyə müəllimiyəm.Qonşu kənddənəm.  Uşaqlara əlimizdən gələn qədər bildiklərimizi öyrədirik”.

Nəzrin Rufullayeva (İnformatika müəlliməsi): “Hara düşəcəyimin fərqi yox idi”

“MİQ imtahanında iştirak edərək, 49 bal toplayıb Texnologiya müəllimliyi üzrə bu məktəbi seçmişəm. Özüm Cəlilabad rayonundanam. Vakansiya olaraq hara düşməyimin fərqi yox idi. Texnologiya bir çox uşaqlarda zəif olsa da öyrəşirlər. Onlara anlayacaqlarıdildə başa salıram”.

Aytac  Quliyeva: (Riyaziyyat müəllimi) – “Müəyyən çətinliklər var ki, onları aradan qaldırmağa çalışırıq”

“Salyan rayonundanam. MİQ imtahanında 41 bal toplamışam. V –IX siniflər üzrə Riyaziyyat fənnini tədris edirəm.  Uşaqlarda nəticə yaxşıdır, daha da yaxşı olacağına inanıram. Kurikulum  sistemində uşaqların müəyyən çətinlikləri var. Onları da aradan qaldırmağa çalışırıq. Uşaqların kurikulumtətbiqiylə bağlı bir az problemlər yaşayırlar”.