Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-04 18:18:16
XI sinif buraxılış imtahanlarının yeni qaydaları-Nələr dəyişib?

AzEdu.az XI sinif buraxılış imtahanları üçün tələb olunan fənn və maksimal balları təqdim edir.

Bu barədə AzEdu.az-a təhsil eksperti Kamran Əsədov məlumat verib. O qeyd edib ki, şagirdlər I mərhələdə Ana dili, Riyaziyyat və Xarici dil fənlərindən imtahan olunacaqlar.

Ana dilindən(Azərbaycan və ya rus dilləri)  maksimum bal 100-dür. 2 mətn , hər mətnə aid isə 10 tapşırıq veriləcək. Onlardan 5-i yazı tələb olunan açıq, 5-i isə qapalı olacaq. Dil qaydalarına aid isə 10 qapalı tapşırıq veriləcək.

Riyaziyyat da maksimal bal eynidir. Amma bu fəndən şahirdlərə cavablandırmaq üçün  25 tapşırıq veriləcək. Onlardan 7-i yazılması tələb olunan açıq, 5-i isə ənənəvi açıq, 13-ü isə  qapalıolacaq.

Xarici dil fənnindən 30 sual üçün maksimum 100 bal nəzərdə tutulub. Bu fənnə  dinləmə mətni, 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq), oxuyub-anlama mətni-8 tapşırıq (4 qapalı+4 yazı tələb olunan açıq), dil qaydalarına dair 16 qapalı tapşırıq daxildir.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları