Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-04 17:15:00
Təhsil nazirinin müavini: Azərbaycanda təhsil sistemində 145 mindən çox müəllim çalışır

Azərbaycanda təhsil sistemində 145 mindən çox müəllim çalışır. Təkcə bu il müəllimlik ixtisası üzrə keçirilmiş mərkəzləşdirilmiş imtahanda iştirak etmək üçün 51 mindən çox müraciət qeydə alınıb. Onlarda 4083-ü yüksək nəticə göstərərək daimi əsaslarla müəllim vəzifəsinə qəbul olunub.

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva oktyabrın 4-də jurnalistlərə müsahibəsində deyib.

M.Vəliyeva qeyd edib ki, 2 mindən çox müəllim bu tədris ilində müddətli müqavilə əsasında məktəblərdə işləyir. Bu il universitetlərin pedaqoji ixtisaslarına 2 min 90 tələbə 500-dən yuxarı bal toplayaraq qəbul olub. Bunun özü bir daha müəllimlik peşəsinə artan marağın göstəricisidir. Bu da təsadüfi deyil. Çünki hər il ölkəmizdə yeni-yeni məktəb binaları tikilir, əsaslı təmir olunur, müasir tələblərə cavab verən maddi-texniki baza yaradılır. Bütün bunlar ölkəmizdə həyata keçirilən təhsil siyasətinin real nəticələridir.