Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-04 12:23:00
Tələbələr üçün əla fürsət - Rasim Balayevə  sual ver, hədiyyə qazan- AzEdu.az-da yeni layihə

İzləyiciləri- şagird, tələbə, müəllim, valideyn, alim kontingenti - üçün müxtəlif layihələr həyata keçirən AzEdu.az təhsil portalı daha bir layihəyə start verir.

Portal bu dəfə tələbələrlə Azərbaycanın tanınmış simaları arasında körpü rolunu oynayacaq.

Yeni layihəyə əsasən, Azərbaycan  ali təhsil müəssisələrinin tələbələri həftədə bir dəfə əvvəlcədən elan etdiyimiz tanınmış simalardan birinə istədikləri sualları ünvanlaya biləcəklər.

“Auditoriyadakı məşhur” layihəsinin  missiyası məşhurlarla tələbə münasibətlərinin əlçatanlığında vasitəçi olmaq, onlara maraqlı olan sualların cavablandırılmasını təmin etməkdir.

Layihəmizin ilk qonağı Azərbaycanın Xalq artisti, tanınmış aktyor, oynadığı rollarla kiçikdən böyüyə hamının yaddaşına hopan Rasim Balayevdir.

Əziz tələbələr, sizi maraqlandıran sualları AzEdu.az təhsil portalının “Facebook”, “İnstagram” səhifələrinə, o cümlədən “Whatsapp” nömrəsinə (055 329 48 78)  yaza bilərsiniz.

Qeyd edək ki, hər həftə tələbələrin  mədəni, ictimai, elm və s. xadimlərindən birinə sual vermək imkanı yaranacaq və video müsahibə vasitəsilə müəllifin də adı çəkiləcək. Qonağın bəyəndiyi ən yaxşı  3 suala  AzEdu.az təhsil portalı tərəfindən maraqlı hədiyyə təqdim olunacaq.