XƏBƏRLƏR

02.10.2018 16:10
Buraxılış və qəbul imtahanlarının yeni modelinə dair Qubada seminarlar keçiriləcək  

Dövlət İmtahan Mərkəzi (DİM) gələn il tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelinə dair Quba rayonunda keçiriləcək seminarların proqramını açıqlayıb.

DİM-dən AzEdu.az-a bildirilib ki, oktyabrın 5-i saat 12:30-da Quba Şəhər Heydər Əliyev Mərkəzində keçiriləcək tədbirdə mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli haqqında məlumat verəcək.

Tədbirdə DİM-in şöbə müdiri Afiqə Batıyeva riyaziyyat fənni üzrə buraxılış və qəbul imtahanlarının yeni qaydaları, mərkəzin sektor müdiri Aydın Qasımov buraxılış və qəbul imtahanları proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında məruzə ilə çıxış edəcək.

Bakı şəhəri 115 nömrəli tam orta məktəbin müəllimi Şəhla Musayeva isə ingilis dili fənni üzrə buraxılış və qəbul imtahanları proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarlarından danışacaq.

Oktyabrın 6-sı saat 10:00-da Qubadakı təbiət fənləri üzrə 2 nömrəli şəhər məktəb-liseyində keçiriləcək seminarda isə iştirakçılar buraxılış və qəbul imtahanlarının yeni qaydaları, bu imtahanların proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları barədə məlumatlandırılacaq.

Bu bölməyə aid digər xəbərlər BÜTÜN XƏBƏRLƏR