Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-30 09:58:00
Avropa Fəza Agentliyinin tədqiqatçılarından tarixi səfər -Kosmik gəmi Günəşə yaxınlaşacaq

Daniel Muller: "Biz ilk dəfə Günəşə bu qədər yaxın məsafəyə səyahət edəcəyik, çoxlu şəkillər çəkəcəyik və Günəşin özü və Günəşdən çıxan günəş küləyi barədə çox sayda maraqlı məlumat toplayacağıq"

Avropa Fəza Agentliyinin tədqiqatçıları tarixi səfərə hazırlaşır. Onlar deyir ki, istiyə qarşı davamlı olmaq üçün hazırlanan Solar Orbiter kosmik gəmisi Günəşə daha öncə olmadığı qədər yaxın məsafəyə səfər edəcək. Bu isə alimlərə günəş qasırğalarının necə formalaşdığını araşdırmağa imkan yaradacaq.

AzEdu.az xəbər verir ki, Avropa Fəza Agentliyinin alimləri Günəşlə bağlı daha öncə görülməmiş araşdırma aparmaq üçün Solar Orbiteri missiyaya hazırlayır.

“Biz ilk dəfə Günəşə bu qədər yaxın məsafəyə səyahət edəcəyik, çoxlu şəkillər çəkəcəyik və Günəşin özü və Günəşdən çıxan günəş küləyi barədə çox sayda maraqlı məlumat toplayacağıq”- deyə, layihənin alimi Daniel Muller bildirir.

Kosmik gəmi Günəşə 43 milyon kilometrlik məsafəyə yaxınlaşmaq üçün 3 il səyahət edəcək və orada Yer kürəsi ilə müqayisədə 13 dəfə daha çox Günəş işığına məruz qalacaq.

“Günəş küləklərini araşdırmaqla biz Günəşin tərkibi və kosmosda hava şəraiti barədə daha çox məlumat əldə edə bilərik. Biz Günəşin, GPS (Qlobal Mövqetəyinetmə Sistem) və peyk rabitəsinə təsir göstərən Yer kürəsinə yaxın mühiti necə dəyişdiyini anlayacağıq”, Müller söyləyib.

Tədqiqatçılar kosmik gəminin üzləşəcəyi kəskin temperatura tab gətirməsi üçün xüsusi istidən qoruyan qalxan hazırlayıb.