Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-29 10:17:30
Mühüm astronomik kəşf-Elmə məlum olan ən böyük qara dəlik

Astronomlar bu günə qədər məlum olan qara dəliklərdən daha böyük iki dəlik kəşf ediblər.

Bu barədə "Nature" jurnalında dərc edilən məqalədə bildirilib.

AzEdu.az xəbər verir ki, Berkeleydəki Kaliforniya Universitetinin elm adamlarının müşahidə etdiyi iki qara dəliyin hər birinin kütləsi Günəşin kütləsindən təxminən 10 milyard dəfə çoxdur.

Nəhəng qara dəliklər iki müxtəlif qalaktikanın mərkəzində yerləşirlər. Bu günə qədər müşahidə edilən ən böyük qara dəlik Günəşin kütləsindən 6 milyard daha böyük kütləyə sahib idi.