Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-28 20:53:00
Avropada ən çox işlənən dillər

Avropa Şurasının “Facebook” şəbəkəsindəki rəsmi səhifəsində Avropada ən çox hansı dillərin istifadə olunduğu açıqlanıb. AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, şura Almaniyanın “Lesson Nine” şirkətinin hazırladığı statistikaya əsaslanıb.

 Bəlli olur ki, Avropada ən çox yayılan rus dilidir. Rus dili Şərqi Avropa ölkələrində 120 milyon adamın ana dilidir.

 

İkinci yerdə alman dili gəlir: 95 milyon nəfər.

 

Üçüncü yeri fransız dili tutur: 80 milyon nəfər.

 

İngilis dili dördüncü yerdə gəlir. Bu dil Avropada 70 milyon adamın ana dilidir.

 

Avropanın populyar dilləri siyahısında türk dili beşinci yerdə durur. Qitənin müxtəlif ölkələrində 70 milyona yaxın adam türkcə danışır.

 

Ümumilikdə dünyada 7102 dildən, Avropada 150 dildən istifadə olunduğu bildirilir.