Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-28 14:34:00
“Təqaüdüm çox idi deyə, iş axtarmağa gərək görmədim” – Polşada oxuyan azərbaycanlı

AzEdu.az daim xaricdə təhsil alanların təcrübələrini gənclərlə bölüşür.

Bu dəfə Polşa universitetində oxuyan  Rəşad Cəfərli təhsili haqqında məlumatlar verir:

Öncə Rəşad haqqında

Rəşad Cəfərli Bakı Biznes Universitetində Menecment ixtisası üzrə təhsil alıb. Sonra təhsilini Polşanın Lodz Universitetində İqtisadiyyat və sosiologiya ixtisası üzrədavam etdirib.

“Şansın üzünə gülməsi”

“Universitetin tərkibində ingilisdilli  qrup var idi.O qrupu sırf xaricdə təhsil  üçün hazırlayırdılar. Əsas fikrim o qrupa düşmək idi, daha sonra III kursa keçdikdə Erasmus proqramı ilə Polşanın Lodz Universitetində oxumaq imkanım oldu.Fikrimcə, “Erasmus”la qəbul çətin deyil, bir az şans məsələsidir. Bir çoxlarının çətinlik çəkdiyi ingilisdilli qrupda qala bildim”.

Qəbul üçün lazımı sənədlər

“Bura tələb olunan sənədlər rəy və motivasiya məktubu, dil sertifikatı və sonda  isə müsahibə mərhələsidir”.

Polşada təhsilin üstünlükləri

“Universitetdə keçdiyim dərslər, dərs metodları, müəllimlər məni tam qane etdi.Dərslər,adətən prezentasiya formasında izah edilirdi. Müəllimlər dərsi professional şəkildə başa salır, slaydda şəkil və videodan istifadə etməklə fikirlərini tam çatdırırdılar.

Ümumiyyətlə, Avropa təhsili ölkəmizindəkindən çox fərqlidir. Bunu izah etməyə saatlar yetməz. Bildirim ki, xaricdə təhsil üçün ən vacib olan ingilis dili biliyidir.

Tələbələrə güzəştlər

“Tələbələr üçün kitabxanadan pulsuz istifadə, universitetin yeməkxanasından yararlanmaq, nəqliyyatda endirimlər  kimi bir çox şeylər var. Proqram əsasında verilən təqaüd isə Polşa üçün artıqlaması ilə yetərli idi.Orda olduğum müddətdə işə ehtiyacım olmadığı üçün axtarmadım. Xarici tələbələr pub, restoran kimi yerlərdə iş tapa, tərcüməçi kimi isə hansısa şirkətdə  çalışa bilərlər.Polşa, demək olar, Avropanın ən ucuz ölkəsidir. (Valyutası avro olmadığına görə). Aylıq yaşam xərci təqribən 1300-1400 zloty (yerli pul vahidi) arasında dəyişir. Siqaret çəkməyən biri üçün  aya 1000 zloty da bəs edər.