Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-28 10:29:52
AMEA-nın müxbir üzvü beynəlxalq konfransın proqram komitəsinin üzvü seçilib

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev Siqnalların Emalı və Süni İntellekt Sahəsində Nailiyyətlər I beynəlxalq konfransının (First International Conference on Advances in Signal Processing and Artificial Intelligence – ASPAI 2019) proqram komitəsinin üzvü seçilib.

AzEdu.az xəbər verir ki, 20-22 mart 2019-cu il tarixlərində İspaniyanın Barselona şəhərində keçiriləcək konfransın əsas istiqamətlərinə süni intellekt alqoritmləri, hibrit intellektual sistemlər, qeyri-səlis məntiq və sistemləri, süni neyron şəbəkələri, virtual və əlavə reallıq, maşın təlimi, siqnalların emalının nəzəriyyə və metodları və s. daxildir.