Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-27 17:22:00
Alternativ Nobel mükafatı laureatlarının adları açıqlanıb  

Stokholm şəhərində Nobel mükafatının analoqu adlanan “Düzgün həyat tərzi üçün” ("Right Lifestyle") mükafatının təqdimat mərasimi keçirilib.

AzEdu.az AMEA-a istinadla xəbər verir ki, mükafata Qvatemaladan olan hüquqşünaslar İvan Velasquez və Telma Aldana ölkələrində hakimiyyətin korrupsiyaya qarşı mübarizəsində fəal iştiraklarına, fermer Yakuba Savadogo isə Afrikada apardığı tədqiqatlarına görə layiq görülüblər. Bundan başqa, mükafat səhra və yarımsəhra bölgələrində müvəffəqiyyətlə meşə yetişdirmək üçün yeni ixtirasına görə avstraliyalı aqronom Toni Rinaudaya verilib.

Bu il Səudiyyə Ərəbistanının nümayəndələri də ilk dəfə "Right Lifestyle" mükafatına layiq görülüblər. Üç hüquq müdafiəçisi - Valid Əbu Xeyr, Məhəmməd Fəhad əl-Qahtani və Abdullah əl Hamid mükafatın laureatlarıdır.

Jurnalist Jakob von Juxkullm tərəfindən 1980-ci ildə təsis olunan bu mükafat beynəlxalq münsiflər heyəti tərəfindən ətraf mühitin mühafizəsi, insan hüquqları, sağlamlıq, təhsil kimi sahələrdə nailiyyət əldə etmiş şəxslərə verilir. Qaliblər arasında bölünən məbləğ 3 milyon İsveç kronu (təxminən 350 min dollar) təşkil edir.

Mükafatın hazırda 69 ölkədən 170 laureatı var.