Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-26 12:36:50
Müddətli müqavilə ilə işə qəbulun  nəticələri məlum oldu  

2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun üçüncü turu üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 1582 namizəd uğur qazanıb.

Müəllim adını qazanmış şəxslər sentyabrın 27-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 3x4 ölçüdə fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti Ərazi Maliyyə Hesablaşma Mərkəzinə təqdim etməlidirlər.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı boş qalan yerlərə növbəti turun oktyabrda keçirilməsi nəzərdə tutulub.