Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-26 10:18:16
Elmi-metodiki seminarlar 3 oktyabrdan fəaliyyətə başlayır

Yeni təhsil proqramları (kurikulumlar) əsasında buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanmasına və müzakirəsinə dair müvafiq fənlər üzrə elmi-metodiki seminarlar 3 oktyabr 2018-ci il tarixdən fəaliyyətə başlayır.

AzEdu.az-a DİM-dən verilən məlumata əsasən, Azərbaycan Respublikası Təhsil İnstitutuna, Bakı Təhsil İdarəsinə, ali təhsil müəssisələrinə və AMEA-nın institutlarına məktublar və seminarların iş qrafiki  göndərilmişdir. Seminarların işində  müvafiq fənlər üzrə müəllimlər, metodistlər,  metodika kafedralarının müəllimləri, mütəxəssislər, pedaqoji yönümlü fakültələrin magistrləri iştirak edə bilərlər.

Seminarların keçiriləcəyi ünvan: Abdulvahab Salamzadə küçəsi, 28; keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı.

N

Fənnin adı

Həftənin  
günü

Başlanma  
vaxtı

1

Azərbaycan dili və ədəbiyyat

I

13.30

2

Azərbaycan dili    
(təlim rus dilində olan məktəblər üçün)

I

15.00

3

İngilis dili

I

11.00

4

Alman dili

I

16.00

5

Fransız dili

I

15.30

6

Kimya

II

10.30

7

Fizika

III

10.30

8

Русский язык и литература

III

14.00

9

Русский язык (Azərbaycan bölməsində xarici dil kimi)

III

15.30

10

 Şərq dilləri (ərəb, fars)

III

15.00

11 

Biologiya

IV

10.00

12

Tarix

IV

12.30

13

Coğrafiya

V

10.00

14  

Riyaziyyat

V

12.30