Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-26 00:06:00
Peşə təhsili müəssisələrində “Sahibkarlıq” modulu

“Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi” layihəsi çərçivəsində peşə təhsili müəssisələri üçün hazırlanmış “Sahibkarlıq” modulunun təqdimatı keçirilib.Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının əməkdaşları, layihənin ekspert və nümayəndələri, peşə təhsili müəssisələrinin müəllimləri iştirak ediblər.

 

Tədbirdə çıxış edənlər son illər peşə təhsilinin inkişafı istiqamətində genişmiqyaslı tədbirlərin, müxtəlif beynəlxalq layihələrin həyata keçirildiyini, peşə təhsili və təliminə dair strateji yol xəritəsində peşə təhsili sistemində təhsilalanlarda sahibkarlıq düşüncə tərzinin formalaşdırılmasının əsas prioritetlərdən biri olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, “Sahibkarlıq” modulu tələbələrdə sahibkarlıq bacarıqlarının aşılanması, onlarda sahibkar düşüncə tərzinin formalaşması baxımından xüsusi əhəmiyyət daşıyacaq.

 

Tədbir peşə təhsili müəssisələrində “Sahibkarlıq” modulunun tətbiqinə dair təlimlə davam etdirilib. Təlimçilər modulun strukturu, illik və gündəlik dərs planının hazırlanmasına dair təqdimatla çıxış edib, müəllimləri maraqlandıran sualları cavablandırıblar.