Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-25 14:13:45
Ekspert DİM-in yeni qəbul modelinə uyğun hazırladığı testlərdən narazıdır – “Heç bir yenilik yoxdur!”

“Kitab satışı bazarında günü-gündən şəxsi müəlliflər tərəfindən yeni qəbul modeli adı altında test kitabçaları çap edilir.DİM isə guya 2019 - cu il qəbul imtahanları modelində yeni test bank çap edib. Amma yeni adı altında çap olunan test bankında heç bir yenilik yoxdur”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, yeni qəbul imtahanlarına 7-8 ay vaxt qaldığına görə, müəllimlər, valideynlər test tapşırıqlarının necəliyi və qiymətləndirilməsiylə bağlı narahatdırlar:

“Kitab satışı bazarında günü-gündən şəxsi müəlliflər tərəfindən yeni qəbul modeli adı altında test kitabçaları çap edilir. DİM isə guya 2019 - cu il qəbul imtahanları modelində yeni test bank çap edib. Amma yeni adı altında çap olunan test bankında heç bir yenilik yoxdur. Bütünlüklə əvvəlki illərdə çap olunmuş test bankını olduğu kimi çap ediblər. Bircə sonuna 2018-ci ilin may ayında X siniflər üçün keçirilən sınaq imtahanını əlavə olunub.  Bu Riyaziyyat fənninə də aiddir. Siniflər üzrə çap olunan test kitabçalarında isə ümumiyyətlə dəyişiklik yoxdur. Ancaq üz qabığının dizaynı dəyişib”

Xatırladaq ki, 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul modelinə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub.

I blok – Riyaziyyat, Fizika, Kimya

II blok-Riyaziyyat, Coğrafiya, Tarix

III blok – Azərbaycan(rus) dili, Tarix, Ədəbiyyat

IV blok – Biologiya, Kimya, Fizika

Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22 si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları