Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-25 12:34:00
Gələcək dahilərin və nadir istedadların oxuduğu təhsil məkanları – Qəbul qaydaları, şərtlər-II hissə

AzEdu.az Təhsil Nazirliyinə tabe olan lisey və gimnaziyalara qəbul qaydaları, onlardakı şərait barədə silsilə məlumatları davam etdirir:

Akademik Zərifə Əliyeva adına lisey Bakı şəhəri Yasamal rayonunda yerləşir. Burada təhsil Azərbaycan və rus dillərində olmaqla, IX-XI sinifləri əhatə edir. Təmayülləşmə şagirdlərin maraq göstərdikləri sahə üzrə daha dərin bilik almalarına səbəb olur. Burada pedaqoji heyətin tərkibində üç fəlsəfə doktoru, iki dissertant, dörd Əməkdar müəllim, on altı “Ən yaxşı müəllim”, Qabaqcıl təhsil işçisi adını alan müəllim var.

Liseydə fəaliyyət göstərən “Kiçik akademiya” şagirdlərin elmi layihələrdə iştirakına şərait yaradır. Beynəlxalq əlaqələr departamenti isə onların beynəlxalq müsabiqə, tədbirlərdə iştirakına xidmət edir.

Liseyin tədris planı dövlət ümumtəhsil məktəbinin tədris proqramı əsasında yaradılır. Təmayül siniflərdə isə bəzi fənlər inteqrasiya edilə və ya ixtisar oluna bilər. Təmayülləşmə bu qayda ilə aparılır: Riyaziyyat – texniki, Riyaziyyat – iqtisadiyyat, humanitar, təbiət fənləri təmayüllü siniflər.

Liseydə təhsil iki pillədən ibarətdir: Ümumi orta- IX, tam orta- X–XI siniflər. Hər tədris ilinin iyununda IX – X siniflərə qəbul keçirilir.

Sinifdə adətən 20 şagird oxuyur. Lisey altıgünlük iş həftəsi üzrə işləyir. Tədris planı beşgünlük cədvəllə reallaşdırılır. Zərurət yarandıqda, bəzi fənlər təsdiq edilmiş cədvəl üzrə şənbə günü tədris edilə bilər. Dərs 45 dəqiqə davam edir, məşğələlərarası fasilə isə şagirdlərin istirahəti və məktəbin daxili imkanları nəzərə alınmaqla müəyyənləşdirilir.

Liseyə qəbul ikimərhələli müsabiqə yolu ilə keçirilir:

I mərhələ : məntiq, riyaziyyat, ana dilindən test imtahanı

II mərhələ: seçdiyi təmayülə görə fənlər üzrə test  imatahanı

Müsabiqədə hazırda ümümtəhsil məktəblərinin 8 sinfini yaxşı  və əla qiymətlərlə bitirən şagirdlər iştirak edə bilərlər. Rus bölməsində təhsil alan şagirdlər də imtahana qatıla bilərlər.

II mərhələnin yazılı test imtahanında şagirdlər aşağıdakı fənlər üzrə imtahan verirlər:

Riyaziyyat-texniki təmayüllü sinif :

Fizika, kimya, ingilis dili

Riyaziyyat-iqtisadiyyat təmayüllü sinif :

Tarix, coğrafiya, ingilis dili

Humanitar fənlər təmayüllü sinif :

Tarix, ədəbiyyat, ingilis dili

Təbiət fənləri təmayüllü sinif:

Fizika, kimya, biologiya, ingilis dili

Sənədlər elektron şəklində qəbul edilir. Elektron sənəd göndərildikdən sonra bu sənədlər liseyə təqdim edilməlidir. Sənədlərin qəbul vaxtı təyin olunduğu gündən şənbə və bazar günü istisna olmaqla 14:00-dan 16:00-dəkhəyata keçirilir.

-Doğum haqqında şəhadətnamənin surəti

-4 ədəd 3×4 ölçüdə rəngli fotoşəkil

-Yarımillik qiymət cədvəli

Liseydə 33 sinif otağı, multimedia və fənn kabinetləri, fizika və kimya laborotoriyaları, 4 kompüter otağı, müəllimlər otağı, kitabxana, yeməkxana, idman zalı mövcuddur. Sinif otaqları, laboratoriyalar və idman zalı müasir avadanlıqlarla təhciz olunub, süni örtüklü futbol meydançası, voleybol və basketbol meydançaları şagirdlərin ixtiyarına verilib.

S.C. Pişəvəri adına Humanitar Fənlər Gimnaziyası da beşgünlük dərs həftəsi ilə işləyir. Dərslər səhər 08:30-da başlanır və birnövbəlidir.

Rayondan gələn şagirdlər ödənişsiz yataqxana ilə təmin edilirlər.Yataqxanada qalan şagirdlər gündə 3 dəfə, digər şagirdlər isə  yalnız günorta yeməyi ilə təmin olunurlar.

Nahardan sonra təşkil olunan muxtəlif sosial fəaliyyətlər, dərnək və  klublar şagirdlərin ümumi inkişafına yönəlib. Saaat 15:30-dan başlanan etüd saatlarında şagirdlər tərbiyəçi müəllimlərin nəzarəti altında ev tapşırıqlarını yerinə yetirirlər. Gimnaziyada bütün şagirdlər dövlət hesabına təhsil alır, yataqxana, yemək imkanlarından da ödənişsiz yararanırlar.

Dərsdən sonra şagirdlər muxtəlif sosial fəaliyyətlərlə- gimnaziya həyətində idman oyunları, sinif təşkilat saatları, debat, şahmat, diyarşünaslıq, gənc bələdçilər(turizm), ingilis-dili danışıq, eko klub və s.dərnəklərdə məşğul olurlar. 

Gimnaziyaya şagird qəbulu 5-8-ci sinifləri əhatə edir.

Qəbul imtahanında şagirdlər ana dili, riyaziyyat və məntiqə aid 60 sualdan ibarət test tapşırığını yerinə yetirməlidirlər. Sualların cavablandırılmasına V siniflər üçün 80, VII siniflər üçün isə 1 saat 40 dəqiqə vaxt verilir.

Gimnaziyaya qəbul üçün  Şəxsiyyət vəsiqəsinin surəti və 3×4 ölçüdə 4 ədəd fotoşəkil təhsil müıssisəsinə təqdim edilməlidirş

Qeyd edək ki, AzEdu.az müxtəlif orta ümumtəhsil liseyləri ilə bağlı silsilə yazıları təqdim edəcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları