Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-25 09:59:52
“Hər dəfə inşada “mən müğənni olacağam” yazırdım” – Nazpəri Dostəliyevanın “parta etirafı”

AzEdu.az təhsil portalı tanınmışlarla bağlı daha bir rubrikaya start verir. Burada biz böyük kütlənin tanıdığı  sənət adamları, ictimai şəxslər, idmançılar, media nümayəndələri özlərinin məktəblə, şagirdlik illəri ilə  bağlı etiraflarını edəcəklər.

“Parta etirafları”nı onların çoxusu bəlkə də ilk dəfə AzEdu.az-da açıqlayacaqlar. Bəziləri özünün şəxsi duyğularını – təbii ki, məktəb dövrü ilə bağlı- bəziləri uğur və uğursuzluqlarını, bəziləri isə gizli saxladıqları sirrini bizə açacaqlar...

“Məktəb direktoru hər zaman bütün şagirdlərə örnək olaraq  qazandığım laureatları şagirdlərə göstərirdi”

Rubrikanın ilk qonağı isə Xalq artisti Nazpəri Dostəliyevadır. Görək, o, məktəb illəri ilə bağlı bizə nəyi etiraf edəcək. Məktəb illəri ilə  bağlı  çox gözəl və yadda qalan xatirələri olduğunu deyən Nazpəri xanım  Nəsimi Rayonu 240saylı orta məktəbi oxuyub:

“Orta məktəb illərində musiqi ilə bağlı Respublika üzrə bütün müsabiqələrdə iştirak edirdim. Məktəbin direktoru hər zaman bütün şagirdlərə örnək olaraq  mənim qazandığım laureatları şagirdlərə göstərirdi.

Müəllim inşa yazmağı şagirdlərə tapşıranda  hər zaman yazırdım ki “mən müğənni olacağam”. Artıq  orta məktəb illərində  bütün müəllimlər bilirdilər ki, mən müğənni olacağam. Şükürlər olsun kimi, Allaha bu gün də müğənni oldum. Orta məktəbdə ən çox sevdiyim fənn ədəbiyyat olub. Mən müğənni olmaq istəsəm də amma  orta məktəbi çox yaxşı oxumuşam”.

Qeyd edək ki, Nazpəri  Dostəliyeva  böyük səhnədə ilk addımlarını 1996-cı ildə atıb. İlk hiti "Nə olar, Allahım, ayırma bizi" mahnısı olub. 2002-ci ildə isə Azərbaycan Dövlət İncəsənət Universitetini   bitirib.

Günel YAŞARQIZI