Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-24 22:24:00
Bu  tələbələrlə bağlı DİM-ə müraciət edildi

Nazirlər Kabineti tərəfindən Dövlət İmtahan Mərkəzinə (DİM) Bakı İslam Universietinin I kursunda təhsil alan tələbələrin başqa ali məktəblərə yerləşdirilməsi üçün müraciət edilib. AzEdu.az xəbər verir ki, bunu DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib.

 

X.Xanlarzadənin sözlərinə görə, hazırda Bakı İslam Universietinin I kursunda təhsil alan tələbələrin digər ali məktəblərin boş qalan ixtisaslarına yerləşdirilməsi prosesi aparılır. Tələbələrin yerləşdirilməsi zamanı onların ali məktəblərə qəbul imtahanlarında topladığı ballar nəzərə alınır.

 

DİM rəsmisi Bakı İslam Universitetinin I kursunda hazırda 139 tələbənin təhsil aldığını deyib.