Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-24 17:35:35
Gənc müəllimənin qeyri-adi sevgisi – “Həyatımı səninlə zənginləşdirdim”

AzEdu.az Azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Piriyevanın yazısını təqdim edir:

Mücərrəd eşqimizi qəlbimizdə konkretləşdirdik.Ümumi eşq anlayışımızı bir-birimiz üçün xüsusiləşdirdik.

TƏK VƏ CƏM: Həyatda tək ikən cəmlənə bildik.

Mənim eşqim də özəldi, sənə özəl... Eşqimin ismi oldun. Mücərrəd eşqimizi qəlbimizdə konkretləşdirdik. Ümumi eşq anlayışımızı bir-birimiz üçün xüsusiləşdirdik. Qəlbimdə böyük hərflərlə həkk edildin. Sadəlikdən düzəldik, mürəkkəb həyatımızı eşqlə zənginləşdirdik.

MƏNSUBİYYƏT: Haldan-hala düşəndə, mənsubluğumuz eşqimiz oldu, unutmadıq bunu...

Adın eşq, yiyən qəlb atəşim, yönümüz qiblə və Allahın təsirində qalaraq, yerimizə, çıxış nöqtəmizə nankor olmadıq. Qibləmsən, səcdəgahımsan. Səndə Tanrımı gördüm. Adi dərəcədə bu həyatı qəbul etdik. Miqdarını bilmədim eşqimin, ancaq sırası öndədi hər zaman. Həyatda kəsr etmədin heç bir nəsnəni mənim üçün. Əvəzin yoxdu həyatda, mənim üçün.

Qorxuram: Tanrı - “məndən çox kimsəni sevməyin",- buyurdu bəndələrinə.

Qəlbini dəqiq təyin edən qibləgahım vardı -adı EŞQ idi.

Sənin şəxsində qeyri-müəyyən kəslərə rəğbətim azaldı. İşarə etdin, ancaq öz qəlbinin yolunu. Aza bilmədim bu yolda. Sualım oldu, niyə? Çünki qəlbini dəqiq təyin edən qibləgahım vardı -adı eşq idi. Tanrının sevgi əvəzi. Mən idim, sənlə rastlaşdım, biz etdin. Hərəkətimin tərzini dəyişdin, zamanımı nizamladın öz əqrəblərinə uyğun.Yerimi cahanda, qəlbində bərqərar etdin. Kəmiyyət fərq etmədi…

TƏSDİQ VƏ İNKAR: Eşqimin təsdiqi, xəyanətin isə inkarı oldun.

Təsir gücüm oldun.Təsirsiz etdin yad qüvvələri eşqimiz üçün.Məlum eşqimdə məchul obyekt buraxmadın. Özümə qayidışım, qarşılıqlı sevgi payım oldun. Ruh əkizim oldun ,birgəliyi dadızdırdın. Şəxssizlik bizdən uzaq oldu. Keçmişə hər zaman dönüş etdik, indiki xoşbəxtliyimizin əbədi olması üçün gələcəyimizi planladıq. Hətta avtomobil sürərkən belə, irəli gedəndə mütləq aynadan arxa tərəfə baxmaq lazımdır.

SADƏ ŞƏKİLLƏR: Dediyin hər kəlmən vacib oldu, əmr etmədin, arzularımız həmişə lazımımız oldu.

İlk gündən şərtimiz bu idi: nə edəcəyiksə, məqsədimiz xoşbəxtlik olmalı. Hərəkətimin feili oldun, adımın ismi. Hər nə oldunsa, mən oldun. Səndə özümü tapdım, ruh əkizim oldun.

Qısacası, bu eşq FİLOLOJİ EŞQ oldu: Məncə, bütün eşqlər Filoloji eşqdən başlar…

Filoloji eşqlər mükəmməl olurmuş. Çünki bu eşq, həyatın özüymüş.Çözümü də məntiqli, mənası dərin, mənasında qərq olunması bir dünyadı... Bu dünya, basqa bir dünya. Özümüz olduğumuz kimi olduqcadı eşqin ömrü...

Hər zaman özünüz kimi olun, eşqinizin ömrünü bitirməyin!