Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-22 13:20:00
Tvinninq layihəsinin təqdimatı keçiriləcək  

Sentyabrın 25-də “Four Seasons Baku” otelində Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsinin rəsmi təqdimatı ilə əlaqədar konfrans keçiriləcək.

Nazirlikdən AzEdu.az-a bildiriblər ki, konfransın keçirilməsinin məqsədi ali təhsil müəssisələrini, digər maraqlı tərəfləri və geniş ictimaiyyəti növbəti iki ildə Avropa İttifaqının maliyyə dəstəyi ilə reallaşdırılacaq layihənin məzmunu və əsas gözləntiləri barədə məlumatlandırmaqdır.

Konfransda müvafiq qurumların nümayəndələrinin, ali təhsil müəssisələri rəhbərlərinin, layihəyə cəlb olunmuş ekspertlərin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, bu ilin aprelində Avropa İttifaqının Tvinninq proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Fransa, Latviya və Litvanın təmsil olunduğu konsorsium tərəfindən “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsinin icrasına başlanılıb.

Layihənin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini kompetensiyalara, təlim nəticələrinə və tələbəyönümlü yanaşmaya uyğunlaşdırmaqdır.