Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-22 10:35:00
Bu gün dövlət qulluğuna qəbul üçün sınaq imtahanıdır

Bu gün dövlət qulluğuna qəbul üçün sınaq imtahanıdır.

AzEdu.az xəbər verir ki, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 22 sentyabr tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. 

Sınaq imtahanında təkrar test tapşırıqlarından istifadə ediləcək.