Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-21 14:51:00
Dəqiq elmlər sahəsində doktorantura ixtisasları - SİYAHI

Doktorantura ali təhsil bazasında elmi və elmi-pedaqoji kadr hazırlığını, ixtisas və elmi dərəcələrinin yüksəldilməsini təmin edir. Doktorantura təhsili ali təhsilin ən yüksək pilləsi olaraq ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalar (hərbi təhsil müəssisələrində adyunkturalar) vasitəsilə həyata keçirilir.

AzEdu.az “Riyaziyyat”, “Mexanika” və “Astronomiya” bölmələri üzrə ixtisasları təqdim edir:

Riyaziyyat

Cəbr;

Analiz və funksional analiz;

Kompüter elmləri;

Həndəsə;

Riyazi məntiq və ədədlər nəzəriyyəsi;

Ədədi analiz;

Əməliyyatlar tədqiqi;

Ehtimal nəzəriyyəsi;

Riyazi statistika;

Topologiya;

Diferensial tənliklər;

Riyazi fizika tənlikləri;

Dinamik sistemlər və optimal idarəetmə.

 

Mexanika

Nəzəri mexanika;

Deformasiya olunan bərk cism mexanikası;

Maye, qaz və plazma mexanikası;

Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi.


Astronomiya

Kosmologiya və kosmoqoniya;

Ulduzlararası mühit;

Optik astronomiya;

Planetologiya;

Radioastronomiya;

Günəş fizikası;

Astrometriya və göy mexanikası;

Astrofizika və ulduz astronomiyası.