Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-21 12:49:00
Tanınmış hazırlıq kurslarının aylıq qiymətləri – Abituriyent və valideynlər təəccüblənəcəklər

Yeni tədris ilinin başlaması ilə əlaqədar abituriyentlər artıq hazırlıq kurslarına, repetitorlara üz tuturlar. Kursları seçərkən dərs keyfiyyəti ilə yanaşı qiymətlər də önəmli faktorlardandır.

Bəs abituriyent hazırlıq kurslarının qiymətləri necə dəyişir?

AzEdu.az kursların hazırlıq qiymətlərini təqdim edir:

Hədəf kursları

Böyük şəbəkəsi olan Hədəf kurslarında abituriyent  hazırlığı qiymətləri filiallara görə müəyyən qədər də olsa dəyişir. Bir fənn  üzrə hazırlıq 80 manatdır və fərdi keçirilir. 5 fənn qrup şəklində dərslərin qiyməti isə 250 manatdır. Dərslər həftədə 3 dəfə keçirilir.

Zirvə

Zirvə  kurslarında da qiymətlə filiallara görə dəyişir. 5 fənnin qiyməti 180 manatdır. Bir fənnüzrəhəftədə iki dəfə getdiyiniz halda 60, 3 dəfə olduğu halda 80 manatdır. 5 fəndən fərdi hazırlıq qiyməti isə 240-manatdan yüksək olur. 

Kaspi

Kaspi kurslarında dərslər həftədə 3 dəfə olmaqla 5 fənn üzrə 270 manat təşkil edir.

Edu Company Təhsil Mərkəzi

Edu Company təhsil mərkəzində bir fənn üzrə qiymət 60 manatdır. 5 fənn isə 300 manat etsə də, endirimlər edilir. Həmçinin yazılı zəmanət verilir.

Prestij-S

Prestij-S kurslarında 5 fənn üzrə qiymət 150 manatdır. Bir fənn 40 manat olduğu halda, 3 fəndən hazırlaşdıqda 35 manatdan hesablanır.

Megapolis Təhsil Mərkəzi

5 fənn üzrə qiymətlər 200 manatdır. Bir fənn isə 50 manatdan hesablanır.Əgər 3 fənn üzrə hazırlığa gedəcək olsanız o zaman endirim olunaraq qiymətlər 45 manat olacaq.

Jalal-I Tədris Mərkəzi

Bu tədris mərkəzində fərdi şəkildə bir fənn 70, qrup şəklində isə 50 manatdır. Beş fənn birlikdə olduğu zaman da qiymətlər dəyişmir. Hər dərs həftədə 1 saat olmaqla 3 dəfə keçirilir.