Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-20 14:12:00
Müəllimlər dərs yükünü hesablamaq üçün yalnız bu düsturdan yararlansınlar – Çaşqınlığa son!

Əvvəlcə bütün müəllimlərin bilməli olduğu vacib düsturu qeyd edək:

Düstur: Fənn üzrə ümumi dərs saatlarının miqdarı, müəllimlərin topladığı diaqnostik balların (ixtisas üzrə) cəminə bölünür. Alınan rəqəm məktəbdə həmin fənnin əmsalı hesab olunur. Əmsalı müəllimin diaqnostik balına vurduqda isə müəllimə veriləcək dərs yükü alınır.

Hazırda müəllimlərin dərs bölgüsü bu düstur əsasında aparılır. Amma sosial şəbəkələrdə paylaşılan ( aşagıda yerləşdirilən) sxem müəllimləri çaşdırır. Çünki sxemdə müəllimlərin DQ balına uyğun qeyd olunan maksimum və minimum dərs saatları düsturda hesablayarkən alınan nəticə ilə üst-üstə düşmür. Yəni, sxemə əsasən, 38 bal toplayan müəllim 18 saat artıq dərs saatı almalıdırsa, düsturla hesablanarkən bu dərs saatları 11 saata da enə bilər.

Nümunə üçün: Məktəbdə kimya fənni üzrə ümumi dərs saatlarının miqdarı 27, kimya müəllimlərinin sayı isə 3-dür. Müəllimlərdən biri ixtisas üzrə 38, digəri 30, biri isə 26 bal toplayıb . Deməli, biz əmsalı tapmaq üçün 27- ni (ümumi dərs saatlarının sayını ) müəllimlərin diaqnostik ballarının cəminə bölməliyik . Bu zaman əmsalımız  0.3 alınar. O zaman 38 bal toplayan müəllim 0,3 x38 = 11, 4, yəni 11 saat , 30 bal toplayan müəllim 0.3x 30 = 9 saat , 26 bal toplayan müəllim 0.3 x 26 = 7,8, yəni 8 saat dərs aparmalıdır. 

Sxem: Müəllimlərin dərs yükü müəyyən edildiyi vaxt, onların dopladığı DQ və MİQ balı (ixtisas üzrə) nəzərə alınır. Beləki, müəllimin DQ və MİQ-də topladığı bal,

0-10 bal olduqda – 0-6 saat;
11-20 bal olduqda- 7 -8 saat;
21-30 bal olduqda – 9-12 saat;
31-35 bal olduqda – 13-18 saat;
36-40 bal olduqda – 18-36 saat dərs yükü müəyyən edilir.

Vacib qeyd: bu sxemdən MİQ və Müəllimlərin yerdəyişməsi üçün vakansiya çıxarılarkən istifadə olunur.

Nümunə (1): Məktəbdə müəyyən fənn üzrə 20 dərs saatı və 1 fənn müəllimi varsa, vakansiya olub olmadığını hesablayaq.

İlk öncə müəllimin DQ və ya MİQ-də topladığı bala nəzər yetirmək lazımdır. Tutaq ki, müəllimin DQ-dən topladı ixtisas balı 25-dir. Belə olan halda sxemə əsasən (21-30 bal olduqda – 9-12 saat) müəllimə maksimum 12 saat dərs düşür. Məktəbdə həmin fənn üzrə 20 dərs saatı olduğunu nəzərə alsaq, deməli 12 saat müəllimə verildiyi halda, 8 dərs boş qalır. Deməli, həmin fənn üzrə 8 dərs saatı vakansiyaya çıxarılmalıdır.

Sual yaranır ki, 8 dərs saatı vakansiyaya çıxarıldıqda həmin vakansiyaya qəbul olunan müəllimin balı məktəbdəki müəllimin balından çox olarsa nə etməli, dərs bölgüsü necə aparılmalıdır?

Yeni gələn müəllim 1 il boyunca ( DQ-də ixtisas balı məktəbdəki müəllimin balından çox olsa belə ) qəbul olduğu vakansiya üzrə işləməlidir.

Növbəti ildən isə dərs bölgüsü düstur əsasında aparılır.

Düstur: Fənn üzrə ümumi dərs saatlarının miqdarı, müəllimlərin topladığı diaqnostik balların (ixtisas üzrə) cəminə bölünür. Alınan rəqəm məktəbdə həmin fənnin əmsalı hesab olunur. Əmsalı müəllimin diaqnostik balına vurduqda isə müəllimə veriləcək dərs yükü alınır.

Nümunə (2): Məktəbdə müəyyən fənn üzrə iki müəllim  və 20 dərs saatı var. Müəllimlərin ixtisası üzrə DQ balı 25 və 35-dir. Deməli biz əmsalı tapmaq üçün 20-ni (ümumi dərs saatlarını) 60-a (müəllimlərin ixtisas üzrə diaqnostik ballarının cəminə) bölməliyik. Beləcə, əmsal 0,3 (20/60) alınır. O zaman 25 bal toplayan müəllim 8 saat (0.3*25), 35 bal toplayan müəllimə isə 11 saat (0.3*35) dərs düşür.

Qeyd: DQ və MİQ-də toplanan ixtisas balına görə tərtib olunan sxemdən direktorlar fənn saatlarını vakansiyaya çıxararkən istifadə olunur. Müəllimlərin DQ balına uyğun olaraq maksimum və minimum saat verilib-verilməməsi müəyyənləşdirilir. Dərs bölgüsü üçün nəzərdə tutulan düsturdan isə məktəbdə olan bütün fənn müəllimləri arasında saatın bölüşdürülməsi üçün istifadə olunur.