Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-18 14:06:35
Müəllimlərin onlara sevgi etirafı edən şagirdlərinə maraqlı cavabları: “Müəlliməyəm, Leyli yox!”

Sevgi ülvi bir hissdir, sevib- sevilmək hər kəsin öz seçimidir. Amma sözsüz ki, zamanında... Çox az insan olar ki,onun məktəb həyatından qalma  sevgi hekayəsi olmasın.Lakin bunların içərisində ən maraqlı isə bəzən şagirdin müəlliminə olan  sevgi etirafıdır. Təbii ki, ya şahidlik etdiyiniz , ya da eşitdiyiniz bu cür əhvalatlar heç də az olmayıb. Maraqlıdır, görəsən, belə məqamlarda müəllimlərin, -xüsusən də xanım müəllimlərin – reaksiyası necə olub?

Ümumiyyətlə, onlar belə hallarda nə etməli, nə kimi addımlar atmalıdırlar?

AzEdu.az sualın cavabını öyrənmək  üçün ilk olaraq müəllimlər arasında sorğu aparıb.

Amma əvvəlcə, sual barədə...

Bu sual ətrafında apardığımız sorğunu  müəllimlərin çoxu normal qarşıladı.Bizimlə fikirlərini bölüşdülər. Amma bəziləri...  Bəziləri də ki,  uyğunsuz sual adlandırıbbizi tənqid etdilər.Elə reaksiya verdilər ki, sanki heç şagird olmayıblar və belə şey eşitməyiblər.

Amma... Bu suala cavab axtarmağımızın bir əsas səbəbi də var: Müəllimlərin işə qəbulu imtahanının müsahibə mərhələsində tez-tez verilməsi... Hə, əziz müəllimlər, demək, sual mənasız deyil və MİQ – də verilirsə, yetərincə aktualdır. Ona görə də biz də peşəkarlardan cavab tapmağa çalışdıq. Öncə müsahibə komissiyasında iştirak edən “ Tərəqqi" medallı müəllim , “ Ən yaxşı müəllim" “ Ən yaxşı yazı” müsabiqələrinin qalibi, “Twinning” layihələrinin, “Malta-2018” konfransının iştirakçısı və 126 nömrəli məktəbin Tarix müəllimi Şirincan Məmmədova müraciət etdik.

MİQ-in komissiya üzvü:”Müəllimlər şagirdlərin sevgi etirafına əsasən, bu cür cavab veriblər”

Şirincan Məmmədova  AzEdu.az-aaçıqlamasında bildirib ki, bu, MİQ  sual işə qəbul müsabiqəsində psixoloji sual kimi verilib:

“Suala namizədlər müxtəlif cür cavablar veriblər. Namizədlərdən  təmkinli xarakterə malik olanlar üçün bu sual bir o qədər də problem yaratmasa da, çəkingən insanlar  üçün bəzən çıxılmaz situasiya sayıla bilər.

Müəllim belə hallarda soyuqqanlı olmalı, səmimi söhbət edərək, şagirdini başa salmalıdır. Müəllimlərin sorğumuza “Məndə olub,  sadəcə, ona müəllimə olan sevgi kimi əhvalımı pozmadan reaksiya vermişəm”, “ Sevgi təbii ki, olmalıdır,sadəcə şagird ona ad qoya bilmir”, “ Mən də səni sevirəm balam, şagirdim, gələcəyim kimi təsirli ifadələr işlədərəm”.

Yuxarı siniflərdə problem daha qabarıqdır. Bu siniflərdə dərs deyən müəllimlərin belə cavablarına da rast gəldik:  “Sevgi,sevgidir”, “Görməzlikdən gələrəm”, “Birincisi, deyərəm, ailəliyəm, ikincisi, mən müəlliməyəm, Leyli deyiləm” , “Düşünürəm ki , müəllim o şəraiti yaratmamalıdır, hər şey müəllimdən asılıdır”, “Mən belə halları hiss etdiyim anda (xüsusilə, 10-11-ci sinif şagirdləri) qabaqcadan söhbətlər aparıram ki, siz artıq buraxılış siniflərisiniz, universitetə qəbul olmaq üçün ancaq dərslərinizə fikir verin, təhsil almaq sizin gələcəyinizin sığortasıdır, uzun sözün qısası, psixoloji təsir edirəm ki, məni həqiqətən müəllim kimi görsünlər”, “Birillik təcrübəmdə bunu özüm də gördüm, çətin vəziyyətdir”, “ Bir şagird illərlə məktəbə gəlib sinfimin qarşısından əlçəkmirdi. Çox çətin vəziyyətə düşmüşdüm.Gənc də deyildim, azı 20 yaş fərq var idi və vəziyyətdən şagirdi incitmədən çıxış yolu tapdım, onun sevgisini fənnə sevgiyə, marağa çevirdim”.

Sualın psixoloji olduğunu nəzərə alıb psixoloqa da müraciət etdik. Müəllimlərimiz kimi psixoloq da maraqlı cavablar verdi. Psixoloq Gülnar Orucova AzEdu.az-a açıqlaması zamanı  bildirib ki,  bu əslində təhsil sistemində olan bəzi nüanslardan irəli gəlir:

“Gəlin, Sovetlər dönəmində olan sistemlə, hazırkı sistemi müqayisə edək. Sovet dövründə  bilirsiniz ki, uşaqlara fiziki cəza da verilirdi, ancaq valideynin buna irad bildirməyə ixtiyarı yox idi. Eyni zamanda,  bu dövrdə çətin tərbiyə olunan uşaqlar var idi ki, onları  məktəbin emalatxanasında, üzüm bağları sahəsindəişlərə cəlb edirdilər. Bir sözlə, uşaq öz cəzasını alırdı və geriyə çəkilirdi. Bilirdi ki, etdiyi əmələ görə cəza aldı, ictimai qınağa tuş gəldi.İctimai qınaqdan sonra uşaq etdiyi hərəkəti yenidən etmirdi. Ancaq hazırkı  yaşadığımız dövlət,demokratik respublika olaraq, yeniyetmələrə,gənclərə, insanlara humanist tərəfdən yanaşır.. Belə deyək, humanizm prinsipinə əsaslanaraq uşaqlara bir az sərbəstlik, azadlıq veririk ,ancaq düşünmürük ki, o, bu sərbəstliyi, azadlığı yanlış yönlərdə istifadə edər.Biz bu uşağa söz azadlığı vermişiksə, bu o demək deyil ki,uşaq gələcək müəlliminə öz sevgisini etiraf edəcək”.

“Şagirdinin sevgi etirafına “hə” deyən müəllimdən diplomu geri alınmalıdır”

Psixoloq deyib ki, bu etirafın kişi və qadın müəlliməolması vəziyyəti dəyişdirir:

“Adətən, görürük ki, qadın müəlliminə sevgi etiraf edən oğlanlar anadan lazımi qayğını görməyənlər, kişi müəlliminə sevgi bəsləyən qızlar isə atadan diqqət görməyənlərdir.Bu, psixologiyada elektrokompleks adlanır. Psixoloji olaraq bu meyl yaransa belə, əgər müəllim xanımdırsa ona öz övladı kimi baxır, yanına çəkir, yoluna qoyur. Kişi müəllimlərində bu fərqli ola bilər. Əlbəttə ki, istisna hal olur, hamısına aid etmək olmaz. Ümumiyyətlə, kişilərdə ehtiras daha yüksək olduğuna, bəzən öz hisslərinə qapıldıqlarına görə, şagirdlər tərəfindən edilən təkliflərlə razılaşırlar. Nəzərə alsaq ki, yeniyetmələr həyatı daha fərqli, sanki ağ və qara görürlər, hiss edərək yaşayırlar. Sözlə ifadə etdikdə hisslər daha da dərinləşir. Bu yaşda bir sıra bioloji,fizioloji dəyişikliklərə uyğun olaraq,uşaqlar daha tez hisslərini biruzə verirlər, çox emosional olurlar. Onları ələ almaq, yola gətirmək daha çətin olur.Bir yeniyetmə sevirsə, o düşünür ki, artıq sondur:həyatımda ya bu  olacaq,ya da heç kim! 

Onlar sevgini eləqarşılayırlar ki.... Az qala, ölümünə sevirlər, daha doğrusu,aşiq olurlar, sanki gözlərinə pərdə çəkilir. Ona görə, bu yaşda aşiq olan uşaqlar ölümü belə gözə alırlar. Diqqət etsəniz görərsiniz ki, insan daha yuxarı yaş dövründə sevirsə o, sevgini içində saxlamağı, zamanı gələndə bildirməyi düşünür. Yeniyetmə mərhələsində olanlar isə sevgisinə görə ölümə belə gedir. Bu, elə bir dövrdür ki, uşaqları ələ almaq çox çətin məsələdir. Valideynlər uşaqlara nəzarəti artırmalıdır, daha çox diqqət etməlidir ki, uşağı nə işlə məşğuldu, kimlə gedir,kimlə gəzir bilsinlər.  Bir də  hazırda televiziyada gedən müxtəlif seriallar yeniyetmələrə çox pis təsir edir. Onlar düşünür ki, həyat elə bu serialdan ibarətdir. Bu seriallarda hər şey çox normal şəkildə qəbul olunur. Bəzən bir şagird öz müəllimini sevir və bunu sosial şəbəkədə açıqlayır. O, azərbaycanlı olmaya bilər, lakin sosial şəbəkədən istifadə edən və onu görən yeniyetmə üçün bu adiləşir və bu kimi nüanslara normal baxırlar. Yeniyetmələrin psixologiyası ən çətin psixologiyadır. Onlar gördükləri hər şeyi başqa cür anlayır, başqa cür izah edirlər.Yeniyetmə psixologiyası elədir ki, bir şəxs intihar etdi, paylaşdı, digəri  bunu təkrar edəcək.  Bunu da tez -tez görürük ki, əslində bu cür halların yayılması , daha çox sosial şəbəkələrin fəaliyyətidir. Lakin şagird müəllim münasibətində şagirdin yaşı, təcrübəsi az ,ancaq ona dərs deyən müəllimin yaşı qat-qat çox olub, pedaqoji bacarığı, həyat təcrübəsi var. Birmənalı şəkildə əgər şagird sevgi etirafı edirsə, müəllim bundan imtina etməlidir.Həmin şagirdlə müəllim arasında hər hansı münasibətin olmasından söhbət belə gedə bilməz. Əgər belə hal olarsa, həmin müəllim öz peşəsindən, diplomundan azad olunmalıdır”.

Ümumrusiya Profesional Psixoterapiya Liqasının həqiqi üzvü, Eros Psixologiya Mərkəzinin psixoloqu Səbinə Bayramova da bu barədə  fikirlərini AzEdu.az-la bölüşüb:

“Ümumiyyətlə, ən həssas, enişli –çıxışlı, emosional dövr olan yeniyetməlikdə daha çox rast gəlinən aşiqolma adətən platonik olur. Burada aşiq olunan şəxs ünlü bir pop ulduzu,məşhur bir idmançı,hər hansı filmin, serialın aktyoru, aktrisası da ola bilər. Bu, yeniyetmənin təhsil aldığı məktəbdəki müəllim də ola bilər. Platonik sevgidə aşiq olunan şəxsin sadəcə müsbət yönləri deyil, eyni zamanda mənfi ola biləcək yönləri də aşiq olan bir yeniyetmə üçün həddindən artıq önəmli olur . Məsələn, həmin şəxs vulqar sözlərdən istifadə edirsə, xoşagəlməz bir işlə məşğul olursa, bu sevgi bəsləyən yeniyetmə üçün fərq etmir, əksinə ona bənzəməyə çalışır, ondan nümunə götürür. Müəllimlə şagird arasında belə bir situasiya yaranarsa, qəti şəkildə bunu şagirdin valideyni ilə müzakirə etmək olmaz, çünki valideynin düzgün yanaşmaması fəsadlara gətirib çıxarar. Müəllim sevgi etirafını eşidən zaman ona ehtiyatla reaksiya verməli, şagirdi qıcıqlandırmamalı, yoldaşlarının yanında bunu müzakirə etməməli, mövzunu böyüdüb qabartmamalıdır. Çünki platonik sevgi təbii haldır və yeniyetməlik dövründə çox rast gəlinir. Onun üstünə gedilsə intihara qədər gətirib çıxarar. Adətən bütün yeniyetmələr buna bənzər sevgi hissləri keçirir və yaşayırlar, lakin, bəziləri büruzə verir, digərləri isə içində tutmağı bacarır. Yaxşı olar ki, çətinliklər zamanı istər valideynlər, istərsə də müəllimlər psixoloqla məsləhətləşsinlər”.

Elşən Ramizoğlu