Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-17 22:51:00
ABŞ  mütəxəssisləri ADPU-da fəaliyyətə başlayıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov “Fulbrayt ETA” proqramı çərçivəsində universitetdə fəaliyyətə başlayan ABŞ-ın Princeton Universitetinin mütəxəssisi İan Dooley ilə görüşüb. ADPU-dan AzEdu.az-a verilən məlumata görə, universitetin tarixi, aparılan islahatlar haqqında ətraflı məlumat verən rektor qarşıda duran məsələlərə də toxunub.

Görüşdə ekspertin tədris prosesinə cəlbi, ingilis dilində danışıq klublarının təşkili, ingilis dilinin tədrisi prosesinin araşdırılması və onun təkmilləşdirilməsinin müzakirəsi, Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyətinin yenidən təşkili, ümumiyyətlə, universitetdə tədrisin keyfiyyətinin artırılmasına yönəlmiş işlərdə iştirakı barədə söhbət açılıb.

 

Ölkəmizdə ilk dəfə səfərdə olan İan Dooley universitet haqqında daha ətraflı məlumat əldə etməyə, göstərilən sahələrdə öz bilik və təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.

 

Qeyd edək ki, “Fulbrayt ETA” proqramının əsas məqsədi amerikalı universitet məzunlarının ana dili ingilis dili olmayan xaricilərə dərs demək üçün yerli ingilis dili müəllimlərinə kömək göstərməkdir.