Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-17 20:51:00
BDU-nun tələbəsi dənizdə boğuldu

Xəzər dənizinin Sumqayıt hissəsində boğulan 1999-cu il təvəllüdlü Baxşızadə Hakim Hatəm oğlu Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi olub.  AzEdu.az xəbər verir ki, bu barədə BDU-dan məlumat verilib.

Hadisə zamanı, ümumilikdə, 4 nəfər boğulma təhlükəsi ilə üzləşib. 2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu və 1999-cu il təvəllüdlü Baxşızadə Hakim Hatəm oğlu boğulub. Digər iki nəfər isə xilas edilib.

 

Onların meyitləri FHN-in dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq yaxınlarına təhvil verilib.

 

H.Baxşızadə ali məktəb tələbəsi olub.