Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-17 17:36:00
700 bal toplayan tələbələrə "notebook" verildi

ATU-da “Bilik günü” qeyd olunub.

AzEdu.az xəbər verir ki, ATU rəhbərliyi yeni tədris ilində təhsil alan 24 nəfər prezident təqaüdçüsünü təbrik edib. 700 bal toplayan 5 nəfər tələbəni isə “notebook”la mükafatlandırıb. 

2018-2019-cu tədris ilində ATU-ya 716 nəfər tələbə qəbul olunub. Bunlardan 498 nəfəri müalicə-profilaktika fakültəsinin, 49 nəfəri ictimai səhiyyə fakültəsinin, 30 nəfəri stomatologiya fakültəsinin, 50 nəfəri əczaçılıq fakültəsinin tələbələridir. 44 nəfər hərbi həkim, 30 nəfər hərbi feldşer ixtisasını seçib. Universitetdə 15 nəfər magistr təhsili alır. 700 bal toplayan 5 nəfər, 600-dən çox bal toplayan 569 nəfərdir. 2018-2019-cu tədris ilində hazırlıq şöbəsini bitirən 576 nəfər xarici ölkə vətəndaşı I kursa qəbul olunub.

Xatırladaq ki, yeni tədris ilində 49 nəfər məcburi köçkün, valideyn himayəsindən məhrum olan 1 nəfər, valideyni Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş 13 gənc təhsil haqqından azad olunublar.