Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-17 17:20:00
“Tarix fənnindən qəbul imtahanlarına bu suallar salınmayacaq” - Ekspert

“Bir-birini inkar edən tarixi faktlar qəbul imtahanına salınmayacaq”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı DİM-in Tarix fənni üzrə eksperti, antropoloq alim Kərəm Məmmədov deyib. Onun sözlərinə görə, faktların bir-birini inkar etməsi ifadəsi yanlışdır:

“Dərsliklərdə bəzi uyğunsuzluqlar var. Bütün bunlarla bağlı Dövlət İmtahan Mərkəzinin nəzdində seminarlar fəaliyyət göstərir. O seminarlarda hər şey müzakirə olunur. Uyğunsuzluqlar bir-birinə əks olan faktlar, döyüş adları ola bilər. Məsələn, dərsliklərin birində I Şənbi-Qazan döyüşü Məzhəb döyüşü adlandırılır”.

Ekspert qeyd edib ki, qəbul proqramı müəllimlərin nəzarəti altında tərtib olunacaq: “Heç nə nəzarətsiz deyil. Tarix üzrə seminarın sədri mənəm. 50 il bundan qabaq Tarix kitabları ilə indikilər arasında fərq yox idi? Kitabların bir-birini inkar etdiyini deyən adam həmin kitabları oxuyub? O kitabların hamısını oxumuşam. Hətta eləsi var ki, həmin kitabın müəllifiyəm. Uyğunsuzluqların olması normaldır, sovet dövründə də belə şeylər var idi. DİM Tarix fənnindən xüsusi olaraq vəsait hazırlayacaq. Harda uyğunsuzluqlar varsa, bu vəsaitlərdə nizamlanmış olacaq”.

Xatırladaq ki, 2019-cu ildə qəbul imtahanları kurikulum sistemi əsasında keçiriləcək. Bu səbəbdən də qəbul imtahanlarına kurikulum üzrə hazırlanan dərsliklərdən suallar düşəcək.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları