Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-16 17:00:00
Çobanlıq edərək tələbə olan gənc: "Mümkünsüz heç nə yoxdur"

Çobanlıq edərək universitetə hazırlaşan gənc universitetə qəbul olunub.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Şanlıurfa ərazisində çobanlıq edərək universitetə hazırlaşan abituriyent Musa Keçikıran Kocaeli Universitetinin Diş həkimliyi fakültəsinə qəbul olunub.

Vaxtaşırı Siverek Təhsil Mərkəzində ödənişsiz kurslara gedən Musa Keçikıran arzuladığı fakültənin tələbəsi adını qazanıb. Təhsil mərkəzinin rəhbərliyi həmçin gənci yaşadığı kənddə ziyarət edərək təbrik edib.

Uğur qazanan abituriyent tələbə adını qazanmaq üçün xeyli zəhmət çəkdiyini bildirib:

“Bizim ailəvi peşəmiz çobanlıq olduğuna görə mən də bu işlə məşğul olurdum. Heyvanların yanında dərslə oxuyur, testlər işləyirdim. Məqsədim stomatoloq olmaq idi. Buna çatdım”.

O, çətin şərtlər altında oxuyan abituriyentlərə müraciət edib:

“Bizdə ev mühiti belə yox idi, yaylaqdakı çadırda  yaşayırıq. Dərslərimlə də çadırda məşğul olmuşam. Yazı masası, stul belə olmayıb. İşlə birgə oxumaq çox çətin olsa da, imkansız heç nə yoxdur. Çətin şərtlər altında universitetə hazırlaşan abituriyentlərə demək istəyirəm ki, möhkəm olsunlar mümkünsüz heç nə yoxdur”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları