Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-14 22:36:00
Ən sarsaq ixtiralar və mənasız araşdırmalar seçildi

Dünyann ən məşhur elm və təhsil ocaqlarından olan Harvard Universitetində "The 28th First Annual Ig Nobel Prize Ceremony & Lectures" mərasimi keçirilib. AzEdu.az yerli mediaya istinadən xəbər verir ki, Massaçusets ştatındakı Kembric şəhərində, Sanders Teatrında (Sanders Theater) təşkil olunmuş mərasimdə ən sarsaq ixtiralar və mənasız araşdırmalar üçün nəzərdə tutulmuş "İg Nobel" ("Yekəburun Nobel") mükafatları verilib.

Mükafatlar "hər biri insanları əvvəlcə gülməyə, sonra da düşünməyə vadar edən" 10 araşdırma və ixtiraya verilib.

İqtisadiyyat sahəsində mükafat Kanada, Çin, Sinqapur və ABŞ-da olan alimlər qrupuna verilib. Onlar insanların iş yerində ədalətsizliyi necə dəf edə biləcəklərini araşdıraraq nəticəni "The Leadership Quarterly" sosial elmlər jurnalında dərc ediblər.

"Yanlış olan hüquq" adlı araşdırma aparan bu alimlərin fikricə, iş yerində müdirin vudu kuklasını hazırlayıb onu iynələməklə ədalətsizliyi aradan qaldırmaq olar.

Mükafat sözügedən qrupun rəhbəri Duqlas Brauna təqdim olunub.

 

Tibb sahəsində "İg Nobel" ABŞ-ın Miçiqan ştatından olan uroloqlara verilib. Onlar uzun müddət araşdırma apararaq belə nəticəyə gəliblər ki, əgər böyrəklərində daşlar olan pasiyent əyləncə parklarındakı attraksionlardan yararlanarsa, xüsusilə də "amerikan təpələrində" şütüyərsə, mərəzdən daha tez qurtular.

Sağlam qidalanma sahəsində mükafat professor Ceyms Koulun rəhbərlik etdiyi, Zimbabve, Tanzaniya və Britaniyadan olan alimdər qrupuna verilib.

Onların araşdırmalarının nəticəsi "Scientific Reports" jurnalında dərc olunub. Bu alimlərin fikrincə, adam əti ilə qidalanmaq insanı tam doydura bilməz. Habelə, alimlər paleolit dövründəki insanların gündəlik rasionunun kalorilərini hesablayıblar.

Ədəbiyyat sahəsində "İg Nobel" Avstraliya, salvador və Britaniyadan olan Tea Blekler, Rafagl Qomes, Vesna Popoviç və Helen Tompsona verilib. Onlar "Lənətə gəlmiş təlimatı oxumaq üçün həyat çox qısadır" ("Life Is Too Short to RTFM: How Users Relate to Documentation and Excess Features in Consumer Products") adlı araşdırma nəticəsində aydınlaşdırıblar ki, mürəkkəb texnologiyalar və qacetlərdən istifadə edən insanlar bu avadanlıqlarla bağlı təlimatları oxumurlar.

Sülh mükafatı sürücülərin söyüşlərini və bağırtılarını araşdırmış ispan alimlər Francisco Alonso, Kristina Esteban, Andrea Serge, Maria-Luisa Ballestar, Jayme Sanmartin, Konstanza Kalatayud vəBeatriz Alamara verilib.

Biologiya sahəsində mükafat Pol Becher, Sebastyan Lebreton, Erika Uallin, Erik Hedenstrom, Felipe Borrero-Echeverry, Marie Bengtsson, Volker Jorger və Peter Vitzgalldan (İsveç, Kolumbiya, Almaniya, Fransa, İsveçrə) ibarət alimlər qrupuna verilib.

Onlar peşəkar dequstatorların şəraba milçək düşüb-düşmədiyini müəyyənləşdirə bildiklərini sınaqlarla və araşdırmalarla sübut ediblər.

"İg Nobel" mükafatı 1991-ci ildə təsis olunub.