Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-14 12:07:21
Şagirdlərin yerdəyişməsi ilə bağlı bilməli olduğumuz vacib faktlar – Onlar bu halda qəbul edilə və qovula bilərlər

Valideynlərlə məktəb arasında əlaqələrin düzgün qurulmasına və hər zaman möhkəmləndirilməsinə diqqət yetirilir. Valideynlərin təhsil sahəsində müəyyən hüquqları var. Onlar bəzən,  özlərindən asılı olan-olmayan səbəblərdən bu barədə məlumatsız qalırlar.Hər hansı problemlə bağlı məktəbə, təhsil müəssisəsinə müraciət zamanı müxtəlif maneələrlə  rastlaşırlar. Buna görə də, valideynlərin övladları ilə bağlı hər hansı məsələni həll etmək üçünmaarifləndirmək lazımdır.

AzEdu.az xəbər verir ki, şagirdlərin ümumi təhsil müəssisələrinə yerdəyişməsi, təhsil müəssisələrinə kütləvi qəbulu I və X siniflər üzrə aparılır. Bəzən, müəyyən səbəblərdən ara siniflərdə də valideynlər övladlarını başqa məktəbə dəyişməli olurlar. Bu adətən I- IX siniflərdə olur və bununla bağlı ölkə daxilində qaydalar belədir:

-Övladını digər məktəbə dəyişmək istəyən valideyn həmin məktəbin direktoruna yerdəyişmənin səbəbi göstərilməklə ərizə ilə müraciət edə bilər;

-Ərizəyə valideyn, eyni zamanda, əvvəlki məktəbdən şagirdin oxuduğu və ya bitirdiyi sinif haqqında arayışı, yarım ilin sonudursa yarımillik, ilin sonudursa, illik ilin ortasıdırsa, keçirilmiş Kiçik Summativ Qiymətləndirmənin nəticələrini  göstərən cədvəl də əlavə olunur;

-Məktəbin direktoru iki iş günü müddətində şagirdin indiyədək təhsil aldığı məktəbin direktoruna təqdim etmək üçün arayış verir;

-Şagirdin şəxsi işi həmin arayış əsasında yeni təhsil alacağı məktəbə verilir və hər iki məktəb tərəfindən şagirdin yerdəyişməsi əmrləşdirilir.

Əgər şagird X və XI sinifdə oxuyursa, bu zaman valideyn məktəbin direktoruna ərizə ilə müraciət edir. Direktorun X sinif şagirdinin yerdəyişməsi ilə bağlı etirazı olmaması məktubunu, şagirdin ümumi təhsil haqqında olan sənədin surətini, yaşayış yerini dəyişməsi haqqında təsdiqləyici sənədi,məktəblinin sənədi götürdüyü tarixə qədər olan KSQ–ləri, gedəcəyi məktəbin qəbul etməsi haqqında təsdiqləyici məktubunu götürüb məktəbin tabe olduğu təhsil şöbəsinətəqdim etməlidir. XI sinifdəoxuduğu zaman isə Təhsil Nazirliyinə müraciət edilməlidir. Sənədlərə baxıldıqdan sonraşagirdin məktəbdən - məktəbə yerdəyişməsi ilə bağlı məktub gəlir və həmin məktuba əsasən məktəb direktoru məktəbdaxili əmr verir və şagirdin yerdəyişməsi rəsmiləşdirilir.

Əgər şagird xarici ölkəyə gedirsə, bu zaman valideyn ərizə ilə məktəb direktoruna müraciət edir və məktəblinin şəxsi işi valideynin ərizəsi əsasında ona verilir. Məktəbi xəbərdar etmədən xaricə gedən şagird məktəb rəhbərliyi tərəfindən aşkarlandıqda və sübut olunduqda şəxsi işi məktəbdə saxlanılmaqla o, şagird kontingentindən xaric edilir. Həmin şagird 4 aydan çox olmayan müddətdən sonra məktəbə qayıdırsa, onun getdiyi sinfə qəbuluna icazə verilir.

Şagirdlərin digər ölkələrdən Azərbaycana yerdəyişməsi zamanı I – IX siniflərdə təhsil alanların valideynləri övladının təhsilini davam etdirməsi üçün seçdiyi məktəbin direktoruna ərizə ilə müraciət edirlər. Ərizəyə şagirdin əvvəl oxuduğu məktəbin direktoru tərəfindən təsdiq olunmuş qiymət cədvəli ilə yanaşıonun müəyyən dövrə qədər təhsil aldığı barədə arayış əlavə olunur. Nəzərdə tutulan sinifdə şagird sayı və sinif otağının ölçüsü həmin şagirdin qəbuluna imkan verdiyi halda, o, məktəbin müvafiq sinfinə qəbul olunur. Azərbaycan Respublikasına gələnədək ümumi orta təhsil səviyyəsini bitirmiş və təhsil sənədi almış şagird həmin sənəd və valideynin ərizəsi əsasında nəzərdə tutulan sinifdə şagird sayı və sinif otağının ölçüsü şagirdin qəbuluna imkan verdiyi halda qəbul edilir. Əks halda onun qəbulundan imtina edilir.

Təhsil sənədləri olmadıqda və ya təqdim edilmiş sənədlərdən şagirdin qəbul olunmalı sinfi müəyyən etmək mümkün olmadıqda I-XI siniflərdə oxuması iddia olunanların hazırlıq səviyyəsi yerli təhsil idarəetmə orqanları tərəfindən yaradılmış komissiya vasitəsilə yoxlanılır. Komissiyanın rəyi əsasında şagirdin müvafiq sinfə qəbulu məktəbdə rəsmiləşdirilir və ona şəxsi iş açılır. Azərbaycan dilini tədris dili səviyyəsində bildikləri halda, şagirdlər  Azərbaycan bölmələrinə qəbul edilirlər.

Həmin şagirdlərin tədris dilini dəyişməsinə valideynin ərizəsinə əsasən məktəbdə baxılır. Tədris rus və ya gürcü dilində olan məktəblərə qəbul edilən şagirdlərə əvvəl oxuduqları məktəbdə tədris olunmayan fənlərdən (Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası və s.) əlavə məşğələlər təşkil edilir.

Məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə qəbuluna  və yerdəyişməsinə yol verilmir. Yalnız yaşadıqları ərazidən ən azı 2 km məsafədə yerli məktəb fəaliyyət göstərmədiyi halda buna razılıq verilir.

ElşənRamizoğlu