Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-13 23:40:00
Kamal Abdulla orta məktəblərdə mühazirə oxuyacaq

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullayev, ənənəsinə sadiq qalaraq, bu il də 15 sentyabr – “Bilik günü”ndə orta məktəbdə şagirdlərə mühazirə oxuyacaq.

ADU-dan AzEdu.az-a bildiriblər ki, yeni tədris ilində akademikin mühazirə oxuyacağı təhsil müəssisəsi Nardaran qəsəbəsindəki 295 nömrəli orta məktəbdir. Gələcəkdə reallaşacaq bir neçə layihənin həyata keçirilməsində ADU ilə əməkdaşlıq edən, bu il əsaslı təmir və yenidənqurmadan sonra qəsəbə sakinlərinin istifadəsinə verilən 295 nömrəli orta məktəb həm maddi-texniki bazasının zənginliyi, həm də son illərdə qazandığı nailiyyətləri ilə ölkəmizin seçilən təhsil ocaqlarından birinə çevrilib.

 

Akademik K.Abdullayevin bu məktəbdə oxuyacağı mühazirə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusuna həsr olunub.