Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-12 14:30:00
Müsabiqə iştirakçılarının nəzərinə: “Ayın müəllimi”-də səsvermə üçün SON TARİX 

“MİQ imtahanlarının I (Test) mərhələsi: İradlar və təkliflər” mövzusunda ekspertlər tərəfindən seçilən ən yaxşı 10 yazının səsvermə mərhələsi davam edir.

Xatırladaq ki, ilkin olaraq bizə göndərilən yazılar ekspertlər qrupu tərəfindən qiymətləndirilib. Ən yüksək qiymətləndirilən 10 yazı seçilərək saytda paylaşılıb.

İndi isə AzEdu.az portalının sorğu panelində səsverməyə təqdim edilib. Bu zaman oxucuların yazıları oxuyaraq bəyəndiklərinə səs vermək imkanı var.

Sorğu panelində səs vermək üçün son tarix : 19 sentyabr, saat 00:00

Sorğu sualı belədir: “Ayın müəllimi” olaraq hansı müəllimi görürsünüz?

Sorğuya qatılmaq istəyən oxuculardan xahiş olunur ki, AzEdu.az saytının əsas səhifəsində yerləşən sağdan aşağıdakı sorğu panelində təqdim olunan cavablara baxıb, səs versinlər.

Qeyd edək ki, səsvermədə ən çox səs toplayan 3 yazı ayın qalibi elan ediləcək. Müəllif müəllimlər isə portal tərəfindən “Ayın müəllimi” elan olunmaqla, rəmzi mükafatla mükafatlandırılacaqlar.