Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-10 12:23:42
IELTS imtahanında yüksək nəticə  göstərən 700  ballıq vunderkind: “İmtahana  cəmi  1 ay hazırlaşmışam"

“IELTS imtahanına evdə hazırlaşaraq da yüksək nəticə göstərmək olar”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı yaz qəbul imtahanlarında 700 bal toplayaraq ADA Universitetinin İqtisadiyyat fakültəsinə daxil olan Jalə Rəcəbova deyib. Onun sözlərinə görə, ingilis dilini Dövlət İmtahan Mərkəzinin qəbul imtahanına saldığı suallar səviyyəsində öyrənməyə başlayıb:

“Bəzən “listening”, “reading” üzrə də hazırlaşırdım. Ona görə IELTS-a öyrəşmişdim. Universitetə daxil olduqdan sonra fikirləşdim ki, ADA-da foundation keçmək üçün IELTS lazım olacaq. Avqustun 25-nə qədər vaxtım var  idi və imtahana hazırlaşmağı qərara aldım. Ümumi 1 ay hazırlaşa bildim,amma normal olaraq 3 ay hazırlaşmaqla yüksək nəticə əldə etmək  mümkündür”.

Jalə IELTS imtahanına hazırlaşanda ingilis dilini “upper intermediate”səviyyəsində bildiyini qeyd edib:

“İmtahana kursda hazırlaşmışam. Müəllimin müxtəlif materialları var idi. “Youtube”-un özündə də kifayət qədər faydalı videolar var. Məncə, müəllim olmasa da o balı evdə hazırlaşaraq, toplamaq mümkündür. Bir məsələ də var ki, hazırlaşdığım müddətdə  başqa işim olmayıb. Elə insanlar ola bilər ki, dərsləri və ya iş rejimləri olsun. Belə olan halda nəticə əldə etmək üçün 3 ay kifayətdir”.

Xatırladaq ki, Jalə Rəcəbova IELTS imtahanında iştirak edərək 7.5 ballıq nəticə göstərib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları