XƏBƏRLƏR

10.09.2018 12:12
Müəllimlər MİQ imtahanında ən çox bundan narazı qalıblar – Sorğunun nəticəsi

Müəllim olmaq istəyən şəxslər, artıq MİQ (Müəllimlərin İşə Qəbulu)  imtahanlarında iştirak edərək uyğun vakansiyalar üzrə yerləşdiriliblər. Hazırda isə boş qalan yerlərə müəllimlərin müddətli müqavilə ilə işə qəbulu prosesi davam etdirilir.

AzEdu.az “MİQ imtahanlarında müəllimləri ən çox narazı salan məqamlar hansılardır?” - sualı ilə sorğu keçirib.

Sorğuya əsasən, onlar ən çox (26.8%) MİQ imtahanlarında vakant yerlərin azlığından şikayət edirlər. Bundan sonra isə müəllimlər üçün ən narahat məqamlar imtahandan sonra sualların doğru cavablarının bilinməməsi və kurikulum, məntiqə dair sualların həddən artıq mürəkkəbliyidir.

Sorğunun nəticələrini təqdim edirik:

  1. Vakant yerlərin həddindən artıq az verilməsi – 26.8%
  2. Sualların doğru cavabların bilinməməsi. – 14%
  3. Kurikulum və məntiqə aid sualların çaşdırıcı və həddindən artıq mürəkkəbliyi – 12.8%
  4. Sualların eyniliyi: Səhər və günorta vaxta  imtahana daxil olan müəllimlərə bəzən eyni sualların verilməsi – 7.6%
  5. Komissiya üzvlərinin tərkibindəki uyğunsuzluq və ekspertlərlə bağlı narazılıq – 5.6%
  6. Test və müsahibə mərhələsinə hazırlaşmaq üçün lazımı metodiki vəsaitin çatışmazlığı – 4.8%
  7. İmtahan məntəqəsinin bölgələrdə deyil, yalnız Bakıda yerləşməsi – 4.4%
  8. Kurikulumla bağlı lazımı vəsaitin demək olar ki, olmaması – 4.4%
  9. Qonaq qismində gələnlərin və media nümayəndələrinin imtahanın gedişini birbaşa imtahan zalından izləməsi – 4%
  10. İxtisasa dair sualların daha çox ənənəvi formada hazırlanması – 4%
  11. Eyni fənn üzrə imtahanların bir neçə sessisiyada təşkil olunması – 4%
  12. Müsahibədə texniki fənn müəllimlərinə tarixi-humanitar sualların həddindən artıq çox  verilməsi – 4%
  13. Komisiya üzvlərinin sosial şəbəkədə özünü bildirməsi – 3.6%

İlin gənc müəllimi-Müraciət formu