Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-09 16:16:00
Sakit okeanın dibində Yer planetinə yad olan texnikanın izləri tapılıb

Sakit okeanın Meksika dövləti və Havay adaları arasına düşən hissəsinin 4 km dərinliyində qəribə izlər tapılıb.

AzEdu.az  xəbər verir ki, bu izlərin uzunluğu təqribən 2,5 metr, dərinliyi isə 30 sm təşkil edir.

Onları dərinsulu robotun köməkliyi ilə tapmaq mümkün olub.

İzləri Sauthempton Milli Okeanoqrafiya Mərkəzinin britaniyalı tədqiqatçıları tapıblar. Alimlər bildiriblər ki, izlərin qəribəliyi ondan ibarətdir ki, bu izi nə dəniz heyvanları (çünki izlər olduqca böyükdür), nə də hər hansı bir texika qoya bilməz, çünki bu ərazidə nə elmi əməliyyatlar, nə də dağ işləri aparılmayıb. (report.az)