Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-09 16:00:00
Alimlərdən  düzgün qidalanma ilə bağlı deyilənlərə zərbə vuran araşdırma
 
Düzgün və universal sağlam qidalanma mövcud deyil - nəsə bir insanın orqanizminə faydalıdırsa, başqasının orqanizminə zərər vura bilər. 

AzEDu.az  xəbər verir ki,  Veytsman İnstitutunundan olan İsrail alimləri –Eran Elinav və Eran Seqal bu qənaətə gəliblər.

Alimlər 18 yaşdan 70 yaşadək 800 adamın məlumatlarını öyrəniblər.
 
Təcrübə altında olan hər bir şəxsdə qanda şəkərin səviyyəsini ardıcıl olaraq ölçən qlükometr olub. Nəticələr bütün dünyanı təəccübləndirib. Məlum olub ki, orqanizmin qidalara reaksiyası, yeməkdən deyil, istisnasız olaraq orqanizmin özündən asılıdır. Reaksiya orqanizmin daxilində, hər bir fərdə məxsus olan mikrobiomlardan, fiziki fəallıqdan (fiziki cəhətdən fəal olan insanlarda hüceyrələr qlükozaya daha həssas olurlar-yeməkdən sonra qanda şəkərin səviyyəsi onlarda aşağı olur), stresdən (orqanizm adrenalin və kortizol verir ki, bunlar da şəkərin qaraciyərdən ayrılmasına, qanda onun faizinin artmasına səbəb olur) asılıdır.
 
Beləliklə, bir adamda qarpız qlükozanı daha çox qaldırar, nəinki şokolad. Qlükozanın yuxarı səviyyədə olmasının təhlükəsi nədədir? İnsan uyğun olmayan qidanı yeyəndə qanda şəkərin səviyyəsini artırır, mədəaltı vəz isə daha çox insulin yaradır. Hüceyrələr qlükozanı qlikogen və yağ formasında saxlamaqla buna reaksiya verir. Bu da öz növbəsində qanda şəkərin səviyyəsini aşağı salır. (Moderator.az)