Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-09 14:48:00
Xarici vətəndaşlar üçün sərfəli italyanca kurslar–  Viza pulsuzdur

Hətta təhsilinin ən yüksək inkişaf dövrünü yaşayan dünya ölkələrində də insanlar bəzən xaricdə təhsil almaq istəyirlər.

Azərbaycanda da xarici ölkələrdə təhsil almaq istəyənlər çoxdur. Kimisi, ABŞ, kimisi Avropa ölkələri, kimisi Çin və digər yerlərdə təhsil almağı hədəf seçib.

Bu şansdan yararlanmaq üçün AzEdu.az xarici ölkələrdə təhsil almaq və ya təhsilini davam etdirmək istəyənlərə məlumatları verməkdə davam edir. Bu dəfə isə elə İtaliyanın özündə italyanca dərsləri almaq istəyənlər üçün şərtləri təqdim edirik.

“Europass” proqramı italyan dilinin tədrisi ilə məşğul olur. Bu mərkəz Floransada yerləşit. “Europass”a yalnız 14-17 yaş aralığında olan şəxslər müraciət edə bilərlər. Bu mərkəz, həmçinin, xarici vətəndaşların qəbulunu da aparır. 4 iyun-26 avqust tarixlərində qeydiyyatdan keçmiş şəxslərın cavabları artıq onların mail ünvanlarına göndərilib.

Proqramın ödənişi həftələr üzrə müəyyən olunur:

2 həftəlik – 1.310 avro
3 həftəlik – 1.890 avro
4 həftəlik – 2.350 avro

Dərslər həftədə 20 dəfə olmaqla tədris olunur. Dili hansı səviyyədə öyrənmək isə proqramın müddətindən asılı olaraq dəyişir. Mütəxəxssislər qeyd edirlər ki, 8 həftəlik proqramla italiyanca fikrini sərbəst ifadə etmək mümkündür.

Ödənişə daxildir:

Ailə yanında 2 nəfərlik qonaqlama;
Gündə 3 dəfə yemək;
İtalyanca dərsləri;
Hava limanında qarşılama və transfer;
Müxtəlif fəaliyyətlər – basketbol, futbol, rəqs, musiqi və s.;
Duomo, Piazza Repubblica, Piazza Santa Croce, Pisa, Siena, Floransa, Lucca ve Romada gəzinti;
İtalyanca səviyyəni ölçmək üçün sınaq imtahanı və sertifikat;
Kurs materialları;
24 saat mühafizə, tərcüməçi və tibb xidməti;
Bütün qeydiyyat və viza məsələləri;

Kursda keçiirlən dərslər həftədə 20 dəfə olmaqla, hər biri 50 dəqiqədir. Ailələrin  qalması üçün mənzil kursa 30 dəqiqəlik məsafədə planlanır. Yəni, bundan daha uzaqda olma ehtimalı yoxdur. Əvvəlcə sınaq imtahanı keçirilir və şagirdlər öz səviyyələrinə uyğun qruplarda yerləşdirlir. Qəbul , adətən, yay aylarında aparılır.

Ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.