Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-09 12:31:00
Gənc xanım müəllim atalara səsləndi: ”Övladınızın uğuru üçün anasını sevin”

"Uşağın qəlbinə yol tapmaq istəsəniz ,onun anasını sevin"...

Uğurlu şagirdlər sevgidolu ailələrdən çıxır. 90%  nəticələr  bunu  sübut  edər. Tibdə də hər-halda bunu həkimlər təsdiq edər ki, bir-birini sevən gənclərin övladları daha sağlam, məntiqli doğulurmuş. Bilmirəm səbəb nədir? Yəqin ki, bunun bir elmi cavabı vardır... Ailə quranda sevgi önəmli olmalıdır. Çünki övladın sağlam düşüncəli, dərrakəli olması, psixi durumunun qaydasında olması üçün ata-ana münasibətlərində sevgi, diqqət, qayğı önəmlidir. Bir dəfə belə bir ifadə oxudum: uşağın qəlbinə yol tapmaq istəsən onun anasını sev. Bəli, uşağı aqressivləşdirən, səndən soyudan məqamlardan biri və birincisi bu olacaq. Yəqin onun anasını incitmisən. Uşaq üçün ata və ana sevgisinin fərqi olmur, o, valideynlərini eyni sevər. Ancaq nə zaman ki ata ananı incidər, bax o zaman uşağın həyatı sönər. Ağlı qalar incidilmiş anasının durumunda. Onun körpə qəlbində lüzumsuz kədər, sarsıntı baş verər. Bu isə onun düşüncəsinə, məntiqi düşünmə qabiliyyətinə, idrakına, psixikasına mənfi təsir edir.

Şagirdlərlə işləyərək belə bir təcrübə qazanmışam ki, uğurlu şagirdlərin arxasında bir-birini sevən ata-analar durur.

Gələcəyin atalarına səslənirəm: cəmiyyətimizə belə övladlar bəxş etməyin, xahiş edirəm. Sevmədən ailə qurmayın. Bu ilk öncə xanımınızı, sonra isə canınızın yarısı övladınızı məhv edəcək. Sevilməyən ananın sarsıntısını uşaqlar hələ-hələ həzm edə bilmir. Bu zərbəylə nə də doğru-düzgün təhsilə, təlimə istiqamətlənə bilər. Gələcəyimiz olan körpələri qoruyun.

Sevdiyiniz qadınla evlənin, uşaqları travma ilə məhv etməyin!

Övladlarınıza anasını sevdiyini hissetdirdikcə özünüzə qarşı sevgi yaradacaqsınız. Uşaqlara nədənsə analar, belə demək mümkünsə, bir köynək daha yaxındır. Bu, həm bioloji, həm mənəvi bağlılıqdı. Tədris vaxtı anlayırsan ki, hansı uşağın evdə probləmli situasiyaları yoxdursa, o, daha çox dərsə diqqət edə bilir. Əfəndilər, bu, çox normaldı. Uşağın fikri döyülən ,söyülən, təhqir edilmiş, şəxsiyyəti uşağın və ya qıraqdakıların yanında alçalmış anasının yanında necə olmaya bilər? Uşağın anasını sevməmək, gələcəkdə övladınızın nifrətinə səbəb olacaq və sizə qarşı aqressiyası uşağı məhvə aparacaq. Beləcə, kimisə incitməlidi ki, bu hirsini kimdənsə çıxarsın. Onun uşaqlıqdan travması var axı… Valideyn usağa necə münasibət göstərsə, uşaq da ətrafdakılarla ünsiyyətdə o münasibəti tətbiq edəcək. Uşaq nə görsə, götürür. Yaxşılıq toxumu əkin ki, biçəsiniz və sonra, bəzi atalar, bu uşaq kimə oxşadı deyə təəccüblənməyin. Bir dəfə dönüb keçmişdə uşağınıza qarşı etdiyiniz münasibətə baxın. Atalarınıza bənzəməkdən çox, uşağınızın sevdiyi ata olun. Ataların səhvi buradan başlayır - anaya sevgisizlikdən. Uşağın acısı da burdan qaynaqlanır və hər il daha da artır. Axı uşaqlar hər yaşda başqa cür düşünür.

Bir qədər diqqət, qayğı və sevgi bəs edir ki, övladınız təhsildə uğur qazana bilsin.

Öz anasını sevən kişi, övladının da anasına hörmət edər.Çünki bilməlidir ki, övladına anası necə əzizdir... Sevdiyiniz qadınla evlənin, uşaqları travma ilə məhv etməyin. Bu qədər aqressiya ilə uşaqları cani, quldur yetişdirməyin.Uğurlu şagirdin həyat şəraitini təmin etmək lazımdır. Bu, maddiyatla ölçülmür. Bir qədər diqqət, qayğı və sevgi bəs edir ki, övladınız təhsildə uğur qazana bilsin. Uşaqlara başqa problemlər yaşatmayın, onlar sevgidən məhrum olmasınlar. Sevgidolu ailədən çıxan uşaqlar bir başqa uğurlu olur, buna əmin olun.Gələcəyimizi özümüz yetişdirək, sevgi və sayğıyla... Bu çox önəmlidir. Ailəmizə, qohumlara, yaxınlara nəzər salaq.  Hansı ailələrdə uşaqlar daha çox yalnışlar etdi? Əlbəttə, atası anasını sevməyən ailələrdə uşaqlar daim əziyyət çəkdi...Övladlarınızı qoruyun, sonra taleh övladlarınıza sayqısızlığınızı üzünüzə vuranda təəccüblənməyin...

Nigar Piriyeva
Azərbaycan dili və ədəbiyyat müəllimi