Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-08 10:32:00
Bu il korporativ seqmentdə “Windows 10” sisteminin payı 48 faizədək artıb  

Bu il korporativ seqmentdə “Windows 10” sisteminin payı 48 faizədək artıb, ötən il isə bu göstərici 27 faiz idi. Analitiklər cari vəziyyəti nəzərə alaraq belə hesab edirlər ki, “Windows 10” sistemi 2018-ci ilin sonunadək ən populyar əməliyyat sistemi olacaq.

“NetMarketShare” analitik xidmətinin məlumatına görə, 2018-ci ilin iyulunda dünyada masaüstü kompüterlərin və noutbukların 36,58 faizi “Windows 10” əməliyyat sisteminin idarəetməsi altında işləyir.

AzEdu.az AZƏRTAC -a  istinadən xəbər verir ki, “Microsoft” korporasiyası “ “Windows 10” sisteminin təqdim edilməsindən sonra hər bir versiyanı 18 ay dəstəkləməyi planlaşdırmışdı. Korporativ istifadəçilər üçün 18 aydanbir yeniləmə narahatçılıq yaratdığına görə “Enterprise” və “Education” versiyaları üçün 24 aylıq dəstək təklif edilirdi. Şirkət öz məhsulunun uğurundan razı qaldığı üçün bu müddəti 30 ayadək uzadıb.