Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-07 09:43:19
“Möcüzələr diyarı”na heç nə ödəmədən gediləcək - Sehirli kitab dünyasından VİDEOREPORTAJ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzi sentyabrın 1-dən fəaliyyət göstərir. 

Paytaxtın Üzeyir Hacıbəyli və Qoqol küçələrinin kəsişməsində yerləşən bu Mərkəzin sahəsi 2500 kvadratmetrə yaxındır. Fəaliyyətində əsas məqsədi mütaliəyə marağın artırılması olan Bakı Kitab Mərkəzində Azərbaycan və digər dillərdə dünya ədəbiyyatı bestsellerləri, incəsənətə dair nadir albomlar, turistlər üçün bələdçi kitablar, musiqi kitabları və notlar da satılacaq. Burada müxtəlif dillərdə və janrlarda 10 mindən çox adda kitab təqdim olunacaq. Mərkəzdə, ümumilikdə, oxucular Azərbaycan dili ilə yanaşı, rus, ingilis, alman, fransız, ispan və ərəb dillərində nəşrlər də əldə edə bilərlər.

AzEdu.az Bakı Kitab Mərkəzindən VİDEOREPORTAJI təqdim edir:

Nəzrin Cavid

Nəzrin Rüstəmova