Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-31 17:50:00
“Müəllimlərin dərs yükündə heç bir dəyişiklik olmadi” - Təhsil eksperti
“Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” qərarına dəyişiklik etməsi əmək fəalliyyətini tənzimləyən normativ bir sərəncamdır”.
AzEdu.az xəbər verir ki, bunu “sherg.az”a Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” qərarına dəyişiklik etməsinə münasibət bildirərkən təhsil eksperti Məlahət Mürşüdlü bildirib.
 
Onun sözlərinə görə, təhsil işçilərinin dərs yükü ilə bağlı elə bir əsaslı dəyişiklik ediləyib: “Qeyd edilən iş saatları onsuz da mövcuddur. Pedeqoji işçinin dərs saatından və yerinə yetrəcəyi vəzifənin tutumundan aslı olaraq bu iş saatları müəyyənləşdirilir. Düşünürəm ki, bu əmək fəalliyyətini tənzimləyən normativ bir sərəncamdır. Hər il müəllimlərin dərs yükü ilə bağlı bu cür dəyişiklik edilir. Burada elə də ciddi bir fərqlər müşahidə olunmur. Sadəcə bu dəyişiklik işçinin fəaliyyətini tənzimləyən bir sərəncamdır”.
 
Qeyd edək ki, Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normaları aşağıdakı kimi müəyyən edilib:
məktəbəqədər tərbiyə müəssisələrində tərbiyəçilərin həftəlik iş vaxtı – 30 saat;
bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 (bir) stavka dərs yükü – 12 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır);
ümumtəhsil məktəblərində, internatlarda, lisey, gimnaziyalar və peşə təhsili məktəblərində tərbiyəçi-müəllimlərin həftəlik iş vaxtı – 24 saat; ali və orta ixtisas təhsili müəssisələrində professor-müəllim heyətinin və konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü – 500 saatdan az olmamaqla (bu zaman ali təhsil müəssisələrində mühazirə, seminar, laborator və praktiki məşğələlərə, eləcə də mədəniyyət, musiqi, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi illik dərs yükünün 60 faizindən, orta ixtisas təhsili müəssisələrində nəzəri, laborator və praktiki məşğələlərə, eləcə də mədəniyyət, musiqi, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi isə illik dərs yükünün 80 faizindən az olmamalıdır).