Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-31 09:31:47
Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi davam edir

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi sentyabrın 3-dək aparılacaq.

DİM-dəm AzEdu.az-a verilən məlumata görə, ixtisas seçmək hü­ququ olan abitu­ri­yent orta ixtisas təhsili müəssisələ­rinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodu­nu seçib www.eservices.dim.gov.az/erizetex/ixtisas2 internet ünvanında yerləşən "Abituri­yentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidir.

Orta ixtisas təhsili müəs­sisə­lərinə qəbul olub (I mərhələdə) qeydiyyatdan keçməyən abituriyentlər (1941 nəfər) də boş qalan plan yerlərinin müsabiqəsində iştirak edə bilərlər.

Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.

Qeyd olunan vaxta qədər elektron ərizəsini təsdiqləməyən abituriyent­lər müsabiqəyə buraxılmayacaqlar.

Xatırladaq ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbulu 2018-ci il martın 1-dən 27-dək və iyulun 6‑dan avqustun 6-dək aparılmışdır. Bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının hər iki mərhələsində iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtlərini ödəyən abituriyentlərə də icazə verilir ki, sentyabrın 3‑dək “ekabinet.dim.gov.az” internet səhifəsində "Şəxsi kabinet" yaradıb "Abituriyentin elektron ərizəsi" formasını təsdiq etdikdən sonra orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimində iştirak edə etsinlər.