Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-30 09:32:00
“LG” şirkəti süni intellektə malik ekzoskelet hazırladı

“LG” şirkəti süni intellektlə təchiz olunmuş ekzoskelet təqdim edib. Qurğu peşəsinə görə işinin çox hissəsini ayaq üstündə keçirməyə məcbur olan insanlar üçün nəzərdə tutulub.

AzEdu.az  xəbər verir ki, ekzoskeletin  elementlərindən biri döşəmədə sürüşməni təmin edən və öz istifadəçisinin fizioloji xüsusiyyətlərinə avtomatik uyğunlaşan ayaqqabılardır. İstehsalçıların fikrincə, bunun sayəsində oynaqlara yüklənmə azalır.

Süni intellekt özü öyrənmək, istifadəçiyə və onu əhatə edən mühitə uyğunlaşmaq imkanına malikdir. Yeni ekzoskeletin imkanları haqqında hələ ki, ətraflı məlumat verilmir. Şirkət nümayəndələrinin sözlərinə görə, ekzoskelet Berlində keçiriləcək “IFA 2018” beynəlxalq istehlak elektronikası sərgisində təqdim ediləcək.