Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-29 22:15:00
Sumqayıtda iki məktəblini avtomobil vurdu

Sumqayıt şəhərində kursdan çıxan iki məktəbli qızı avtomobil vurub. AzEdu.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Rəhiməxanım Etibar qızı Sadıqova və 2005-ci il təvəllüdlü Nəbiyyə İsmayıl qızı Sadıqovanı yolu keçmək istəyərkən maşın vurub. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisəni törədən sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.